adalet.az header logo
  • Bakı 7°C
09 Iyul 2018 12:38
15807
İDMAN
A- A+

Azərbaycan Alpaqut Federasiyasında kadr islahatları aparılıb

S.Vaqifoğlu. Federasiyaya yeni baş katib və yeni vitse prezident təyin edilib.

Azərbaycan Alpaqut Federasiyasından (AAF) Adalet.az-a verilən məlumata görə, AAF-nin prezidenti Qüdrət Nuriyevin müvafiq əmrləri ilə Qasımov Rafiq Qasım oğlu Federasiyanın baş kətibi və Alpaqut Turan Döyüş Sənətinin Batur sistemi üzrə Koordinator vəsifəsindən, Quliyev Ruslan Allahverən oğlu isə AAF-nin regional inkişaf üzrə vitse prezidenti və Qarabağ Regional Nümayəndəliyin rəhbəri vəzifələrindən azad edilib.

Federasiya prezidentinin başqa bir əmrləri ilə Əliyev Etibar Xasay oğlu (Etibar Toğrul) AAF-nin baş katibi vəzifəsinə, Qasımov Rafiq Qasım oğlu regional inkişaf üzrə vitse prezident vəzifəsinə, Ağayev Nizami Ağa oğlu isə Alpaqut Turan Döyüş Sənətinin Batur sistemi üzrə Koordinator vəsifəsinə təyin edilib.

Qeyd edək ki, yeni təyinat almış hər üç Federasiya rəsmisi artıq öz vəzifələrinin icrasına başlayıb.