ANA SƏHİFƏ / YAZARLAR

Yusifi döyməyim bizi işıqlığa çıxartdı - Emin Akif

7655    |   2018-07-09 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaq vaxtlarımda davakar olsam da, heç vaxt vurub-yıxan olmamışam. Həmişə düşdüyüm davalarda gözləmişəm ki, qarşımdakı birinci zərbəni vursun. Əks halda əlim qalxmırdı o adama. Bilmirəm, bəlkə də bu zəiflik əlamətidir amma neyləyim, mən də beləyəm. Həmişə qarşısındakına yazığı gəlmədən ağzını-burnunu əzən adamlara baxıb həsəd aparmışam. Düşdüyün davadan qələbə ilə çıxmaq yəqin ki, çox ləzzətli olur.

Xüsusən də qaranlıqdan qorxmuşam. 15 yaşıma kimi gecələr otağımda həmişə gecə lampası yanıb. Qorxurdum, elə bilirdim, gözüm yuxuya gedən kimi hansısa qüvvə məni qamarlayacaq. Boğazımdan tutub boğacaq. Ən çox da ya əllərimi üzümə tutub yuxuya gedərdim, ya başımı yastığın altına soxub, ya da ədyalı üzümə tutub. Amma həmişə ya barmağımın arasından, ya yastığın altından, ya da ədyalın deşiyindən baxardım otağa.

Bu fobiyaların bəziləri hələ mənimlə birgə yaşayır.

Amma bəzilərini çoxdan aşmışam, özümü bəzi qorxularımı aşa bilmişəm.

Yadıma bir hadisə düşdü.

Qaranlıqdan qorxduğumu sinifyoldaşım Yusifə danışmışdım. Daha doğrusu uşaqlara danışanda Yusif də orada idi, eşitmişdi. O, bizim sinifin cüssəli, vurub-yıxanlarından idi. Amma bir cəhəti var idi ki, şalvarına kəmər taxmazdı. Uşaqlarla öz aramızda onun kəmər taxmamağını ələ salardıq, gülüşərdik.

Qış vaxtı idi. Sinif otağımızın çat vermiş pəncərələrindən soyuq içəri sızırdı. Son dərsimiz axşam qaranlığına düşürdü. Bu qaranlıqda otaqda yanan işıq da mənim üçün ayrı bir zövq verirdi. Bəxtimiz elə gətirdi ki, həmin gün axırıncı dərs müəllimimiz xəstələndiyi üçün boş keçəsi oldu. Əlimizə girəvə düşmüşdü. Bir-birinə kağız yumrulayıb atan kim, "çuriki” oynayan kim, lövhədə gic-gic şəkilllər çəkib uşaqları güldürən kim. Qəfil işıqlar söndü. Bütün uşaqlar təəccübünü sakit səslə bildirsə də, mən qışqırmağa başladım. Mənimki qorxu idi.

Qapı açıldı. Yusif içəri girdi.

- Hə, nə oldu, qorxduz , qızbibilər?

Yusifdən çəkinənlər çox idi deyə onun bizi ələ salmağına hamı susdu. Yusif işıqları yandırıb otağa qayıtdı. Dəhlizdə ümumi işıq şəbəkəsi var idi, orada iki-iki, üç-üç otaqların işıqlarını söndürmək üçün dəstəklər var idi.

Biraz keçdi. Yusif yenə aradan çıxmışdı. Bir də işıqlar söndü. Bu dəfə yan otaqdan da uşaqlar hay-küy salmağa başladılar. Amma bilmirdilər ki, bunu eləyən bizim Yusifdi. Yenə uşaqlar susdu, yeni heç kim ağzını açıb bir söz demədi.

Üçüncüdə də eyni şey təkrarlandı. Mənsə, bunun heyfini ondan necə çıxacağımı fikirləşirdi. Əgər Yusif mənim zəif nöqtəmdən vurursa, mən də onu zəif nöqtəsindən vurmalıyam. O dəqiqə ağlıma Yusifin kəmərsiz şalvarı yadıma düşdü.

Zəng çalındı. Hamının dəhlizlə məktəbdən çıxan vaxt, qızların yanında gəlib Yusifin şalvarını aşağı dartdım. O, özünü itirdi, bilmədi ki, üstümə cumsun, yoxsa şalvarını yuxarı çəksin. Qızlar da, oğlanlar da bərkdən şaqqanaq çəkməyə başlayanda isə Yusifin arxasının rəngi üzünə çıxmışdı. Şalvarını yuxarı çəkib üstümə cummağa başladı. Yerimdən tərpənmədim. O mənə yaxınlaşadan yumruğumu sıxıb gözünün altından birini ilişdirdim. Yusif yerə sərildi. O dəqiqə oğlanlar da, yəni bayaq işığı sönən sinfin uşaqları da töküldülər onun üstünə. Heç mənə macal vermədilər ki, hirsimi çıxım.

İçimdə böyük bir qorxunu aşmışdım. Həm işıq qorxusunu, həm də Yusif qorxusunu. Mənimlə birgə sinifyoldaşalrım da bu qorxudan azad olmuşdular. Artıq Yusif onlar üçün qorxulu biri deyildi. Əgər ondan cüssəcə zəif olmağıma baxmayaq onu yerə sərmişəmsə, bu uşaqlara da ona olan qorxularını aşmağa kömək olmuşdu.

Yusif bir neçə gün dərsə gəlmədi. Anası demişdi ki, oğlum xəstələnib. Amma biz bütün dərslərdə Yusifi soruşan müəllimlərə "utandığından gəlmir” deyib gülüşürdük. Sonra atası Yusifi başqa sinifə keçirtdi, sonra isə ümumiyyətlə məktəbdən çıxartdılar.

Mən həsəd apardığım qələbəni dadmışdım. İlk dəfə idi ki, birinci zərbəni mən vururdum. Yusifi döyməyim bizi işıqlığa çıxartmışdı. 

İndi məktəbi bitirməyimdən illər keçir. Gündəlik həyatımda baş verən hadisləri də, cəmiyyəti də həmin hadisəyə bənzədirəm. Mütləq, bir nəfər olmalı, əksəriyyətinin qorxduğu bir insanı yıxmalı. Ki, o əksəriyyət də cəsarətlənə. Heç yaxşı hal deyil. Heç Yusifin mənim yumruğumdan sonra yerə səriləndə uşaqların onun üstünə cummağı da xoşuma gəlməmişdi.

Hə, belədir də. Güclü olmalısan, yıxıldınsa, vay halına.

İllərdir dava eləmirəm. İndi də içimdə bir qorxu var ki, birdən kiminləsə davam düşər, əlim açılmaz. Amma o hadisədən sonra həmişə təklənən birini görəndə pis oluram. Həmişə döyülənin tərəfində olmağı özümə borc hiss edirəm.

Heç vaxt yıxılmayın... Əlləriniz yumruğa açılmasın...




İmza:

YAZARIN ARXİVİ

2018-11-17 : ÜRƏK QOCALMAYIB
2018-11-17 : Sosial depressiya
2018-11-16 : DEYİMLƏR
2018-11-16 : ƏBÜLFƏZ ÜLVİ
2018-11-12 : TƏBRİK
2018-11-08 : ALEN DELON
2018-11-08 : Minnətdarlıq
2018-11-08 : Etiraf
2018-11-07 : Qırmızı bağ
2018-11-06 : İŞIQ ADAM
2018-11-06 : "ALTINCI"
2018-11-06 : AFFA-dan cəzalar
2018-11-03 : Evrika
2018-11-03 : DOST İTGİSİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK