ANA SƏHİFƏ / İDMAN

Rusiyada Avropanın 12-ci qələbəsi: DÇ-2018-lə bağlı maraqlı faktlar

6591    |   2018-07-09 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyada keçirilən 21-ci FİFA Dünya Kubokunda 1934, 1966, 1982, 2006-cı illərdən sonra 5-ci dəfə yarımfinala çıxan 4 komandanın hamısı Avropanı təmsil edir.

 DÇ-2018-də 1/4 finala yekun vurulduqdan sonra turnir belə demək mümkünsə, Avropa Çempionatına çevrilib.

Fransa Uruqvayı 2:0 hesabı ilə məğlub edərək ilk yarımfinalçı olub. Tarixində 6-cı dəfə yarımfinala adını yazdıran Fransa Almaniya (13), Braziliya (11), İtaliyadan (8) sonra bunu ən çox edən 4-cü komanda olub.

Turnirin favoritlərindən sayılan Braziliyanı 2:1 hesabı ilə məğlub edən Belçika məğlubiyətsiz oyunlar seriyasını 24 oyuna çatdırıb. Bununla da Belçika millisi 1986-ci ildəki turnirdən sonra ilk dəfə mundialın yarımfinalına çıxmağı bacarıb.

Mundialda İngiltərə də uzun müddət davam edən yarım final həsrətinə son qoyub. İsveçi 2:0 hesablı nəticə ilə məğlub edən İngiltərə millisi 1966 və 1990-dan sonra 3-cü dəfə turnirin yarım finalında mübarizə aparacaq.

Xorvatiya isə 5-ci dəfə iştirak etdiyi çempionatda 2-ci dəfə yarım finalda oynamağa haqq qazanıb. Onlar bu uğura Rusiya millisini oyun sonrası penaltilər seriyasında məğlub etməklə nail olublar. Belə ki, oyunun əsas hissəsi 2:2 bərabərliklə başa çatdıqdan sonra qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Xorvatiya millisinin üzvləri 4:3 hesablı qələbəyə seviniblər. Onlar 1998-ci ildə Fransada keçirilən mundialdakı 3-cülükdən sonra ilk dəfə turnirin yarımfinalına adlamağı bacarıblar.

Qeyd etdiyimiz kimi, yarım finalda iştirak edən komandaların hamısının Avropanı təmsil etməsi 5-ci dəfə baş verir. Diqqət çəkən məqamlardan biri də bu turnirlərin (1934, 1966, 1982, 2006, 2018) hər birinə Avropa ölkələrinin ev sahibliyi etməsidir.

1934 - ev sahibi İtaliya: İtaliya, Çexoslovakisya, Almaniya, Avstriya
1966 - ev sahibi İngiltərə: İngiltərə, Qərbi Almaniya, Portuqaliya, SSRİ
1982 – ev sahibi İspaniya: İtaliya, Qərbi Almaniaya, Polşa, Fransa
2006 – ev sahibi Almaniya: İtaliya, Fransa, Almaniya, Portuqaliya
2018 – ev sahibi Rusiya: Xorvatiya, Belçika, Fransa, İngiltərə

Qeyd edək ki, keçirilən 20 dünya çempionatının 11-də Avropa ölkələri, 9-da isə Cənubi Amerikalılar qalib gəlib. 20 çempionatda 8 komanda çempion titulunu qazanıb. Braziliya buna 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Argentina və Uruqvay 2 dəfə, İngiltərə, Fransa və İspaniya isə 1 dəfə nail olublar. 21-ci çempionatda isə qalib mütləq Avropanı təmsil edəcək. Bununla da Avropa ölkələri qalibiyyət sayını 12-yə çatdırmış olacaq.(azvision.az)




İmza:
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK