ANA SƏHİFƏ / SİYASƏT

Ermənistan nümayəndə heyəti ATƏT PA-da susduruldu

7443    |   2018-07-09 12:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Bir sıra deputatların çıxışında qeyd olunub ki, bir dövlətin silahlı qüvvələrlə digər dövlətin ərazisini işğal etməsinə bəraət qazandırmaq üçün işğalçı dövlətlər bəzən "öz müqəddəratını təyinetmə" prinsipini düzgün izah etmirlər. Öz tərəfimizdən xatırladaq ki, Ermənistan da məhz bu cür davranır, öz silahlı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etməsini guya "öz müqəddəratını təyin etməyi" reallaşdıran "xeyirxah" iş kimi qələmə verməyə çalışır.

ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır. "Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır", - deyən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini buna əyani nümunə kimi göstərib.

Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45 minlik işğalçı hərbi bölməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb. "Bu, regional təhlükəsizliyə ciddi təhdiddir", - deyə Azay Quliyev vurğulayıb.
(AzərTac)



İmza:

Bahar Muradova: “Belarus səfəri Prezidentin növbəti uğurudur”

Əli Əhmədov: "Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır"

Zakir Həsənov: "Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü..."

Əliyevlə Lukaşenkodan dünyaya Qarabağ mesajı

Çavuşoğlu: 84 şəxsin adı Pompeo və Boltona verildi

Azərbaycan nümayəndə heyəti AŞ PA-ya gedir

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı

“Ermənilər Şahbaz və Dilqəmlə bağlı real iradə göstərməlidirlər” - Zahid Oruc

Türkiyəli deputat NATO PA-nın vitse-prezidenti seçilib

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK