adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Iyul 2018 11:36
8996
MƏMLƏKƏT
A- A+

Məhəbbət Vəliyeva: “Şagird sıxlığı yalnız Bakı məktəblərindədir”

"Bu gün ölkə üzrə şagird sıxlığı yalnız müəyyən məktəblərdə müşahidə olunur. Bu, xüsusilə Bakı şəhərində olan məktəblərə aiddir”.

Bu sözləri təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib. M.Vəliyevanın sözlərinə görə, Bakı şəhərinin 32 məktəbində sıxlıq müşahidə olunur.

"Hazırda qanunvericiliyə edilən dəyişikliyə əsasən, təqvim ili ərzinə 6 yaşı tamam olanların da məktəblərdə təhsil hüququ tanınır. Bunun üçün biz öhdəlik olaraq həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, ola bilər bu, müəyyən ərazilərdə az sayda sıxlıqla nəticələsin. Ümumilikdə belə proqnozlaşdırmışdıq ki, dərs ili ərzində 6 yaşı tamam olan uşaqların hamısı məktəbə yerləşdirilsin. Bunun çıxış yolu da yoxdu. Uşaqların təhsil hüququnu tanımaq bizim öhdəliyimizdir, onların təhsil alması üçün lazımı şərait yaratmağa borcluyuq. Bu istiqamətlərdə əlimizdə olan bütün imkanlardan maksimum dərəcədə istifadə edəcəyik”.

M. Vəliyeva deyib ki, qəbul zamanı ərazi prinsipi əsas götürüləcək.

"Sıxlıq müşahidə olunan məktəblərdə şagirdlər ərazi prinsipinə uyğun qəbul ediləcək. Əlavə yerlər qaldığı təqdirdə vakansiyalar elan olunacaq” .


M.Vəliyeva deyib ki, beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq ekspertlərin ölkəmizə gətirilməsi ilə yanaşı, eyni zamanda məktəb idarəedicilərinin başqa ölkələrə səfərlərini də təşkil etmək vacib amillərədəndir.

O bildirib ki, növbəti dərs ilinin ən vacib istiqamətlərindən biri tədrisetmənun keyfiyyətinin yaxşılaşdırılması məsələsidir.

"Bu öz növbəsində ümumi təhsilin dövlət standartlarının reallaşdırılması və kurikulum standartlarının həyata keçirilməsini ehtiva edir. Növbəti dərs ili üçün hədəfləyəcəyimiz istiqamət məhz müəllimlərin gündəlik dərslərdə səriştəyə əsaslanan bilik və bacarıqların verilməsi istiqamətində görüləcək tədbirləri artırmaqdan ibarətdir”.