adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyul 2018 11:35
9624
MƏMLƏKƏT
A- A+

“Kənd yumurtası ilə broyler yumurtasının tərkibi tamamilə eynidir” - Nazirlik rəsmisi

Kənd yumurtası ilə sənaye şəraitində yetişdirilən yumurtanın təkibi tamamilə eynidir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir HacıyevModern.az-ın suallarını cavablandırarkən deyib.


Onun sözlərinə görə, yumurtalar yalnız vitamin təkibinə görə fərqlənə bilər:


"Yumurtanın inkubasiyaya yararlı olub-olmaması müəyyənləşir. İlkin olaraq, yumurtanın qabığı bütöv və çatsız, hava boşluğu 0,4mm-dən yuxarı, ağın sarıya nisbəti birin birə, yaxud birin ikiyə olmalıdır. Bunlar yumurta istehsalında yüksək göstəricilər sayılır. Yumurtanın sarısının rəngi tündləşdikcə, vitamin tərkibi də artır. Amma ümumilikdə kənd yumurtası ilə inkubator yumurtasının təkibi eynidir. Ev şəraitindəki quşlar adətən otla, sənaye şəraitində yetişdirilən quşlar isə yemlə qidalanır. Bu da yumurtanın vitamin təkibində özünü göstərir. Broyler yumurtalarının sağlamlıq üçün heç bir zərəri yoxdur. Mən özüm də qida rasionumda bu yumurtadan istifadə edirəm”.

M.Hacıyev bildirib ki, Çində istehsal olunan süni yumurta heç vaxt Azərbaycana gətirilməyib:

"Bir ara bizdə də o yumurtadan istehsal etmək istəyənlər oldu. Amma proses kifayət qədər bahalı və əl əməyinə əsaslandığı üçün mümkün olmadı. Ümumilikdə bizə Çindən süni yumurta gətirilməyib ki, onun tərkibini laboratoyilarımızada tətqiq edək. Süni yumurtalar Çində ucuzdur, çünki əhali çoxdur. Bu yumurta istehsalında əl əməyindən istifadə olunur və tam süni şəkildə hazırlanır. Jelatin, gips, kalsium və sarılığı almaq üçün bir neçə kimyəvi maddədən istifadə edilir. Xüsusi qabda dairəvi hərəkətlə kalsiumla gipsin qarışığından yumurta hazırlanır”.

Direktor mağaza və marketlərdə satılan ikisarılı yumurtalarla bağlı da açıqlama verib:

"Həmin yumurtaları almaq üçün quşa xüsusi testestoron maddəsi vurulur. Bu isə quşun yumurtlama potensialını zəiflədir. Ona görə də çox istifadə edilmir. Amma bəzi quşlar özünün biloji xüsusiyyətlərindən asılı olaraq ikisarılı yumurtlaya bilir”.