adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Iyul 2018 11:26
9911
İDMAN
A- A+

İspaniya yığmasının baş məşqçisi müəyyənləşdi

İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq.

Adalet.az apasport.az-a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalayacaq.

Luis Enrike Avro-2020-nin sonuna qədər yığmanın başında olacaq.

Fernando Yerronun göndərilməsindən sonra Kike Sançes Flores, Miçel və Viktor Sançesin adı İspaniya millisi ilə hallanırdı.

Qeyd edək ki, İspaniya dünya çempionatında 1/8 finalda penalti zərbələri sonunda Rusiyaya məğlub olaraq, mübarizəni dayandırmışdı.