ANA SƏHİFƏ / MƏMLƏKƏT

Düzgün peşə seçimi və dayanıqlı biznes karyerası təlimi

3977    |   2018-07-09 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Düzgün peşə seçimi və biznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən və "Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin may ayından icrasına start verilmiş və 3 ay ərzində gerçəkləşən "Düzgün peşə seçimi və biznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili” layihəsinin məqsədi gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqamətində baza biliklərinə yiyələnməsinə nail olmaq və biznesin inkişafı və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir. Qeyd edək ki, Bakı şəhəri ərazində həyata keçirilən fəaliyyətlərdə layihənin işçi qrupu qarşıya bir neçə vəzifənin icrasını qoyub:

- Məktəblərin yuxarı sinif şagirdləri arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili;

- Universitetlər, kolleclər və s. məzun olan gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlərin keçirilməsi (Təhsildən iş bazarına keçidin təmin edilməsi);

- Layihə iştirakçılarının iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərin artırılmasına nail olmaq;

- Biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım;

- Layihə iştirakçıları üçün işədüzəlmə prosesində "Uğurlu yol xəritəsi”nin hazırlanması (CV-nin hazırlanması, İş müsahibəsində özünü təqdimetmə "alətləri”, Rəhbərliklə peşəkar işgüzar münasibətlərin qurulması üçün lazım olan addımlar).

Əvvəlcədən verilən elanlar vasitəsi ilə müraciət edən şəxslər arasından iyun ayı ərzində mövzuya daha çox maraq göstərənlər arasından ümumilikdə 75 nəfərədən ibarət dinləyici heyəti yaradıldı və 3 qrupa bölündü. Hazırda bu qruplara "Komanda işi”, "CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”, "Rəhbərliklə işgüzar münasibətlərin qurulması”, "Biznes planlarının hazırlanması”, "Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə” mövzularını əhatə edən təlimlər keçirildi.

Təlimlər zamanı dinləyicilərə təqdim edilən prezentasiyalar və digər təlim materialları CD-lərə köçürülərək çoxaldıldı. Bu materiallar həm təlim iştirakçılarına paylandı, həmçinin də, layihə üzrə digər tədbir iştirakçılarına təqdim edildi. Daha sonra 3 qrupun hər birindən 8-9 nəfər daha fəal iştirakçı seçilməklə ümumilikdə 25 nəfərlik qrupa 1 gün ərzində sözügedən mövzu üzrə iyul ayında dərinləşdirilmiş seminar keçirildi.

Layihədən faydalananlar arasında univeristet, kollec və s. təhsil müəssisələrini bitirməyə hazırlaşan gənclər, yuxarı sinif şagirdləri, iş axtaran, şəxsi biznesini qurmaq arzusunda olan gənclər qrupları və biznes ideyaları üçün dəstək axtaran gənclər var.




İmza:

Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı layihələr I oxunuşda qəbul edildi

Vaqif Əsədov: Məktəb yaşlı uşaqların vurulması halı minimuma endirilib

İnam Kərimov görüş vaxtını dəyişdi

Nazirlik “quş qripi” ilə bağlı monitorinqlərə start verdi

VALLAHİ, XALİD KAZIMLINI CİN ÇARPACAQ

Azərbaycanda məşğul əhalinin əsas iş yeri bu sahədir - RƏSMİ

Sabah yağış yağacaq, şaxta olacaq - PROQNOZ

"Veysəloğlu" rəhbərliyi şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirdi

İstilik vaxtından əvvəl verilib - RƏSMİ

Nazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb”

Nazirlik 529 işçi axtarır

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK