adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Iyul 2018 11:03
10097
İDMAN
A- A+

Mandjukiç 4 min avro ödədi - azarkeşlərin içdikləri pivəyə görə

Xorvatiya millisinin hücumçusu Mario Mandjukiç maraqlı jesti ilə diqqət çəkib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli forvard doğma şəhərində DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Rusiya (2:2; pen-4:3) matçını birgə izləyən azarkeşlərin içdikləripivələrin pulunu ödəyib.

Belə ki, Mandjukiç Slavonski-Brod şəhərindəki barların birində fanatların içdikləripivələrə görə 4 min avro xərcə düşüb.

Qeyd edək ki, bu, xorvat forvardın ilk diqqətçəkən jesti deyil. Daha əvvəl də o, Xorvatiyadakı yanğından mühafizə idarəsinin əməkdaşları üçün 20 min avro xərcləmişdi.