warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Güləşçilərimiz dünya çempionatını 8 medalla başa vurublar Adalet.az | Güləşçilərimiz dünya çempionatını 8 medalla başa vurublar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Güləşçilərimiz dünya çempionatını 8 medalla başa vurublar

5503    |   2018-07-09 10:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Güləşçilərimiz Xorvatiyanın Zaqreb şəhərində keçirilən yeniyetmələrin dünya çempionatını 8 medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, çempionatda iştirak edən yığma komandamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olublar.

İlk olaraq sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda yığmamız məşqçi Vahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıb və 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov isə bürünc medal qazanıb. Qeyd edək ki, Turan Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında beş idmançı ilə dünya çempionatına qatılan yeniyetmə qızlarımız çempionatı 1 gümüş medalla başa vurub. 43 kq-da mübarizə aparan Şahanə Nəzərova yalnız final görüşündə məğlub olaraq çempionatı ikinci sırada tamamlayıb.

Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında 7 güləşçi ilə yarışa qatılan yunan-Roma yığmamız 1 gümüş və 3 bürünc medal qazanıb. Yalnız final görüşündə uduzan Sərxan Məmmədov (110 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) qazandırıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.



İmza:
SON XƏBƏRLƏR
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK