adalet.az header logo
  • Bakı 21°C
09 Iyul 2018 09:38
9448
İDMAN
A- A+

DÇ-2018: Yarımfinalda İngiltərə Premyer Liqasını 40 oyunçu təmsil edəcək

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının yarımfinal mərhələsində ən çox İngiltərə Premyer Liqasında çıxış edən oyunçular oynayacaq.

İngiltərə Premyer Liqasını yarımfinalda 40, İspaniya primerasını - 12, Fransanın Liqa 1-ni - 12, Almaniya Bundesliqasını - 9, İtaliya "Seriya A"nı - 8 oyunçu təmsin edəcək.

Belçika liqasını - 2, Çin liqasını - 2, Rusiya, Ukrayna, Şotlandiya, Türkiyə və Avstriya liqalarını - 1.

Bütün futbolçular DÇ-2018 başlamamışdan qabaq oynadıqları klublara görə hesablanıb.