adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Iyul 2018 09:35
8431
İDMAN
A- A+

Ronaldonun yerinə 5 namizəd - əsas hədəf Keyndir

"Tottenhem”in hücumçusu Harri Keyn "Real”ın əsas transfer hədəfidir.

Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, "kral klubu” "Yuventus”a keçəcəyi gözlənilən Kriştianu Ronaldonun boşluğunu məhz ingiltərəli forvardla doldurmaq niyyətindədir. Eyni zamanda, "Real” rəhbərliyi başa düşür ki, 24 yaşlı futbolçunu transfer etmək elə də asan deyil. Çünki "Tottenhem”in prezidenti Daniel Levi ilə danışıq aparmaq çox çətindir.

Keynin dünya çempionatındakı uğurlu çıxışı ispan klubunun işini bir az da çətinləşdirə bilər. Belədə "Tottenhem” öz liderini komandada saxlamaq üçün əlindən gələni edəcək.

Əgər Keynin keçidi baş tutmasa, "Real” rəhbərliyi fikrini digər namizədlərə yönəldəcək. Bunlar isə PSJ-dən Neymar və ya Kilyan Mbappe, "Bavariya”dan Robert Levandovski, "Çelsi”dən Eden Hazarddır.

Madrid təmsilçisinin yay transfer pəncərəsində bu futbolçulardan birini heyətinə qatacağı ehtimal olunur.

Qeyd edək ki, Keyn ötən mövsüm 48 oyunda 41 qol vurub.