adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Iyul 2018 09:26
13382
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: EHTİYAC YOX...

Ay işığı sönmüş adam,
Daha qora ehtiyac yox...
Ayaq üstə ölmüş adam -
Gecdi , gora ehtiyac yox!..

Doğulandan qəm daşıdın
Qəmdi sənin həmyaşıdın...
Həm od idin , həm daşıdın -
Daha zora ehtiyac yox...

Bu yer bir tala -düşmüsən
Tapmısan bəla , düşmüsən!
Çıxılmaz hala düşmüsən -
Daha ... tora ehtiyac yox!..