adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyul 2018 09:25
12779
DÜNYA
A- A+

ABŞ-da helikopter yaşayış evinin üstünə düşüb, ölən var

ABŞ-ın Vilyamsburq şəhərində (Virciniya ştatı) "Eurocopter EC 135" tibb helikopteri yaşayış evinə çırpılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın federal mülki aviasiya idarəsindən bildiriblər.

Helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Qəzadan sonra güclü yanğın başlayıb. Hadisə yerində yanğınsöndürənlər və federal mülki aviasiya idarəsinin əməkdaşları işləyir.

Qəzanın səbəbi hələlik məlum deyil.