ANA SƏHİFƏ / DÜNYA

Türkiyədəki qatar qəzasında ölü sayı artdı - 24 nəfər - YENİLƏNİB

7760    |   2018-07-09 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin Tekirdağ əyaləti yaxınlığında Uzunköprüdən Halkalıya gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Adalet.az"Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bildirib.

Onun sözlərinə görə, qəza baş verən yerdə xilasetmə və təxliyə işləri başa çatıb.

Hazırda xəstəxanalarda 124 nəfər yaralı da müalicə alır.

***

Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.Hadisə nəticəsində daha 73 nəfər xəsarət alıb.Amma ölü və yaralı sayının arta biləcəyi istisna olunmur.

Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar.

İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.

Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi qəzanın həddindən artıq yağışın yağması səbəbindən barmaqlıqlarla rels arasındakı torpağın boşalması nəticəsində baş verdiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Uzunköprü-Halkalı marşrutu ilə hərəkət edən 6 vaqon, 362 sərnişin və 6 heyətlə yola çıxan 12703 saylı qatar Balabanlı-Çorlu arasında 162-ci kilometrdə yerli vaxtla saat 17.00-da sırada olan 5 vaqonun relsdən çıxaraq aşması nəticəsində qəzaya uğrayıb.

21:27

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb.Hadisə Tekirdağ əyalətində baş verib.

Məlumata görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın beş vaqonu relsdən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.(modern.az)




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK