warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir Adalet.az | XİN-in 50-ə yaxın əməkdaşı cəbhə bölgəsində Adalet.az | XİN-in 50-ə yaxın əməkdaşı cəbhə bölgəsində Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

XİN-in 50-ə yaxın əməkdaşı cəbhə bölgəsində

4893    |   2018-07-08 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, səfər həm də Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edib.

Onun sözlərinə görə, səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış "Marağa-150" abidəsinə baş çəkiblər. Sonra XİN əməkdaşları Tərtərin Qapanlı kəndində olublar. 2016-cı ilin aprel döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən kəndin mülki sakinləri və onları evləri ağır silahlardan atəşə tutulub. Dövlət başçısının tapşırığı ilə dağıntıya məruz qalmış evlər bərpa və təmir edilərək öz sahiblərinə təhvil verilib. XİN əməkdaşları Qapanlı kəndində yaşayan və 4 ildir ki Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun anasının evini ziyarət ediblər.

Qeyd edilib ki, daha sonra XİN əməkdaşları ön xəttə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Müdafiə nazirliyinin ərazidə yerləşən N saylı hərbi hissəsinə baş çəkib əsgərlərlə birlikdə nahar ediblər.

H. Hacıyev əlavə edib ki, səfər əsnasında əldə edilən əyani məlumatlar diplomatlarımız tərəfindən gələcək fəaliyyətlərində istifadə olunacaq.



İmza:
SON XƏBƏRLƏR
2019-03-25
2019-03-24
2019-03-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK