XİN-in 50-ə yaxın əməkdaşı cəbhə bölgəsində
Bu gün 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, səfər həm də Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edib.
Onun sözlərinə görə, səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış "Marağa-150" abidəsinə baş çəkiblər. Sonra XİN əməkdaşları Tərtərin Qapanlı kəndində olublar. 2016-cı ilin aprel döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən kəndin mülki sakinləri və onları evləri ağır silahlardan atəşə tutulub. Dövlət başçısının tapşırığı ilə dağıntıya məruz qalmış evlər bərpa və təmir edilərək öz sahiblərinə təhvil verilib. XİN əməkdaşları Qapanlı kəndində yaşayan və 4 ildir ki Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun anasının evini ziyarət ediblər.
Qeyd edilib ki, daha sonra XİN əməkdaşları ön xəttə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Müdafiə nazirliyinin ərazidə yerləşən N saylı hərbi hissəsinə baş çəkib əsgərlərlə birlikdə nahar ediblər.
H. Hacıyev əlavə edib ki, səfər əsnasında əldə edilən əyani məlumatlar diplomatlarımız tərəfindən gələcək fəaliyyətlərində istifadə olunacaq.
Digər Xəbərlər
20 Aprel 2024 17:00
Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar
19 Aprel 2024 19:37“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17