adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Iyul 2018 16:53
12015
DÜNYA
A- A+

Məğlub olsalar da, onlar qəhrəmandır

Rusiya Prezidenti Vladimir Putin millinin xorvatlara məğlub olmasına baxmayaraq, rus futbolçuların qəhrəman olaraq qaldıqlarını bildirib.

Adalet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

"Putin oyunu izlədi, azarkeşlik etdi. Bizimkilər gözəl və ədalətli oyunda məğlub oldular. Onlar bizim üçün qəhrəmandırlar. Onlar meydanda can qoydular. Onlarla fəxr edirik”, - Peskov bildirib.

Xatırladaq ki, dünya çempionatının 1/4 final mərhələsinin son oyununda Rusiya millisi Xorvatiya futbolçularına penalti zərbələrində məğlub olaraq mundialla vidalaşıblar.