adalet.az header logo
  • Bakı 7°C
08 Iyul 2018 16:15
10215
İDMAN
A- A+

İtaliyalı futbolçuya bıçaqlı hücum edildi

Romanın "Latsio" klubunda çıxış edən italiyalı futbolçu Çiro İmmobile Frankavilla-al-Maredə futbol azarkeşinin hücumuna məruz qalıb.

Adalet.az xəbər verir ki, naməlum şəxs əvvəlcə futbolçunun dostu ilə münaqişə edib, ardınca isə bıçaqla futbolçuya və ətrafındakıların hamısına hücum edib.

Ətrafdakılar hadisəyə müdaxiləsi eləsələr də, onu tutmağı bacarmayıblar.

Polisin araşdırması nəticəsində futbolçuya hücum edən şəxsin İtaliya çempionatı oyunlarını izləməsinə qadağa qoyulan futbol azarkeşi olduğu məlum olub.