adalet.az header logo
  • Bakı 11°C
09 Iyul 2018 14:52
14527
DÜNYA
A- A+

Yaponiyada təbii fəlakət qurbanlarının sayı artır

Yaponiyanın Baş Meteoroloji İdarəsi Qifu və Kioto prefekturalarında leysan yağışları ilə əlaqədar olaraq xüsusi rejim elan edib.

Adalet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu cür rejim on ildə bir dəfə keçirilən fövqəladə vəziyyət zamanı tətbiq edilir.

Yaponiyanın cənub-qərbində və mərkəzi rayonlarına yağan leysan yağışlarına görə, 70 aviareys təxirə salınıb. Hökumət 3 milyon sakinin təxliyyə edilməsini tapşırıb.

Cümə günündən yağan güclü yağışlara görə, 47 nəfər həlak olub, 5 nəfər huşsuz vəziyyətdədir. Daha 47 nəfər isə itkin düşüb