warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir Adalet.az | Sabaha olan hava proqnozu Adalet.az | Sabaha olan hava proqnozu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sabaha olan hava proqnozu

8534    |   2018-07-08 14:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27°, gündüz 30-35° təşkil edəcək. Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal küləyi əsəcək, dəniz suyunun temperaturu 26-27° isti olacağı ehtimal edilir.

Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil, Şıxda şimal küləyi əsəcək, dəniz suyunun temperaturunun 27-28° isti təşkil edəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikasında günəşli hava gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti təşkil edəcəyi ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında yağmursuz hava olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında günəşli havanın olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında günəşli hava hökm sürəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da hava günəşli olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti gözlənilir.



İmza:
SON XƏBƏRLƏR
2019-03-25
2019-03-24
2019-03-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK