adalet.az header logo
  • Bakı 7°C
08 Iyul 2018 14:59
11100
İDMAN
A- A+

Səmədov Rusiya millisindən ayrıldı

Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya yığmasında kareyasını başa vurub.

Səmədov bu barədə qərarını dünən Rusiya-Xorvatiya oyunundan sonra açıqlayıb.

"Artıq qərar vermişəm. Qərara gəldim ki, bu, mənim Rusiya yığmasında son oyunumdur”, - deyə o, bildirib.

Qeyd edək ki, A.Səmədov Rusiya yığmasında 53 oyun keçirib, 7 qol vurub. Milli komandada 2011-ci ildə debüt edib. DÇ-2018-də Aleksandr Rusiya yığmasının beş oyunun hamısında meydana çıxıb.

O, 2011-ci ilə qədər dəfələrlə Azərbaycan yığmasına dəvət alsa da, Rusiya millisini seçib.