ANA SƏHİFƏ / MƏMLƏKƏT

Hərbçilərin həlak olduğu qəzanın təfərrüatları

3840    |   2018-07-07 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvanda hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, hərbçilərin olduğu avtomobil Günnüt kəndindən qayıdarkən qarşıdan gələn xüsusi təyinatlı avtomobilə yol vermək üçün yolun sağına çəkilib.

Avtomobilin ağırlığına tab gətirməyən yol-asfalt örtüyünün zədələnməsi maşının dərəyə aşmasına səbəb olub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.




İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK