ANA SƏHİFƏ / SAĞLAMLIQ

Sizi isti də vura bilər - Necə qorunmalı?

8027    |   2018-07-07 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-dək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə 49 nəfər müraciət edib. Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib, 28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.

Günvurmadan qorunmaq üçün nə etməli?

Adalet.az xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a açıqlama verən terapevt Mətanət Cəfərovanın sözlərinə görə, günvurma zamanı doğru müdaxilə edilməzsə ölümlə belə nəticələnə bilər:

"İlk olaraq qeyd edim ki, günvurma halları ilə yanaşı istivurma halları da baş verə bilər. Günvurma günəş şüalarının altında çox qalmaqdan baş verirsə, hava çox isti olan zaman nəqliyyatda, bağlı mühitdə havalandırma yaxşı olmadığı zaman istivurma halları qeydə alınır”.

Mütəxəssis günvurmanın əsasən 5 yaşından aşağı uşaqlar, hamilələr və 65 yaşından yuxarı insanlar üçün təhlükəli olduğunu bildirib:

"Şəkər, təzyiq, xərçəng, böyrək xəstələrində daha tez günvurma halları baş verir. Həmçinin düzgün qidalanmayıb pəhriz saxlayan insanlarda da daha tez güvurma halı müşahidə edilə bilər. Günvurmanın da dərəcələri var. Yüngül, orta, ağır. Yüngül dərəcədə xəstədə ürək bulanma, ürəyin tez-tez döyünməsi, orta dərəcədə qusma, hədsiz zəiflik, ürəkgetmə halları yarana bilər. Ağır dərəcə isə hətta ölümlə nəticələnə bilər. Günvurma xəstədə koma vəziyyətinə də səbəb ola bilir”.

Bəs belə hallarda xəstəyə ilk tibbi yardım necə edilməlidir?

Mətanət xanım ilkin yardım olaraq xəstənin sərin yerə çəkilməli olduğunu qeyd edib:

"Ondan sonra sərin su verilməlidir. Arterial təzyiq, ürək döyüntülərinin sayına diqqət göstərmək lazımdır. Stabildirsə, qorxu yoxdur. Əgər normadan az və ya çoxdursa təcili yardım çağırmaq lazımdır. Xəstə dar, isti geyimdədirsə azad etmək lazımdır. Həmçinin iri damarlar keçən yerlərə soyuq kompres etmək lazımdır. Bu hissələr qasıq nahiyəsi, qoltuqaltı, boyundan keçən damarlar nəzərdə tutulur. Açıq havada baş veribsə, xəstə kölgəyə aparılmalıdır”.
Həkim səhər saat 11-17:00 arası açıq havada olmağın zərərli ola biləcəyini deyib. Çünki bu saatlarda günvurma halları daha çox baş verir.



İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK