adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
07 Iyul 2018 15:59
10832
SİYASƏT
A- A+

Türkiyə parlamentinin 600 yeni deputatı and içdi

Türkiyə Böyük Millət Məclisinin 27-ci dövr üçün ilk iclası və fəaliyyəti artıq başlayıb.

Modern.az"Habertürk” nəşrinə istinadən xəbər verir ki, bu gün 600 deputatın andiçmə mərasimidir.

İclası "İYİ parti” partiyasından millət vəkili, müvəqqəti sədr Durmuş Yılmaz İdarə edir.

Onun nitqindən sonra millət vəkillərinin 27-ci dövr üçün andiçmə mərasimi başlayacaq.

İclası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hazırki baş nazir Binəli Yıldırım yaxından izləyirlər.

Yeni prezident idarə sistemi tətbiq ediləcək Türkiyədə baş nazir vəzifəsi olmayacağı üçün Binəli Yıldırım Türkiyə üçün son baş nazir kimi tarixə düşür.

Bundan sonra onun "AK Parti”nin Milli Məclisdə partiya sədri olacağı danışılır.

Millət vəkilləri içərisində ilk andı elə Durmuş Yılmaz edib.

Yılmaz özü and içəndən sonra necə and içiləcəyi barədə digər millət vəkillərinə xəbərdarlıq edib.

Hazırda digər deputatların and içmə prosesi başlayıb.