adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Iyul 2018 14:44
16535
SİYASƏT
A- A+

Ərdoğan iyulun 10-da Bakıya gələcəyini təsdiqlədi

"İlk xarici səfərimi Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyəm”.

Adalet.az xəbər verir ki, bunu Türkiyədə keçirilən 24 iyun seçkilərində qələbə qazanan hazırki prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, bununla başladılan ənənənin davam etdirəcək: "Ənənəmizə uyğun olaraq ilk xarici səfərimizi iyulun 10-da Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edərək ənənəmizi davam etdirəcəyik”.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniştərkibli görüş keçirəcək.

Görüşlər zamanı yüksək səviyyədəki əlaqələri və iş birliyinin daha da inkişaf etdirilməsi müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.(azvision.az)