adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyul 2018 00:26
9467
ƏDƏBİYYAT
A- A+

MAYORUN İŞ GÜNLƏRİ

Povestdən bir parça

Əlisəfa Azayev

(əvvəli ötən saylarımızda)

XOŞ SÖZ

(IV fəsil)

-Salam brat...
-Salam...
-İşlər necədi?
-Nelə də, -deyə kazım kefsiz halda dillənəndə, mayor hər şeyi başa düşüb, ona öyüd-nəsihət verirmiş kimi dedi:
-Bilirəm... Yaxşı oğlansan... Ancaq bu ailə-məişət məsələsində çox kobudsan. Bir az incəliyin, mədəniliyin olsun da. Dinəndə bizim qayda-qanunları bəyənməyib, Avropa dəyərlərindən danışırsan. Ancaq xəbərin varmı orada vəziyyət necədi? Aənin kimi kişiləri xanımlar heç evə buraxmırlar.
-Yox a...
-Hə... Bəs nə... Bu görkəmlə, üst-başla onların heç nəinki evinə, heç ictimai yerinə girə bilmərsən.
-İctimai yerinə?
-Hə də... Vağzala, mədəniyyət evinə, yeməkxanaya...
-Onlarda bar daha çoxdur.
-Bunu bilərsən. Bəs kababxananı necə? -deyə mayor sözünü yarımçıq kəsdiyi üçün incik halda ona tərəf baxdı.
-Baxdır da... Harada, necə?
-Xaricdə olmusan?
-Yox...
-Bəs hardan bilirsən?
-Kinolarda görmüşəm... Qəzet və jurnallarda görmüşəm.
-Baxmaq, oxumaq öz yerində, görmək lazımdı.
-Bütün arzularımı gözümdə qoydu da... İndi, görmürsən, ayrılmaq üçün məhkəmədə iddia qaldırıb.
-Bir işə bax da... -desə də, mayor ürəyində dedi: "Əla... Nə edib, kişi qızıdı. Sən bilmirdin ki, axırı belə olacaq. Adam cavan olanda elə bildiyini edər? Üst-başına fikir vermir, it günündə gəzirdin. Hələ üstəlik, kim qarşına çıxırdı "bir manat ver də"... deyirdin.
Kazım həqiqətən də ağıllı, istiqanlı oğlan idi. Ancaq bütün bunların çoxu şərti idi. Hamçıya xoş gəlmirdi. Elə birinci özünü aparması, geyinib-keçinməsi... Bir də görürdün ki, qışın zəlo-zəlo vaxtında, qarlı-şaxtalı havada başını daz qırxdırıb gəzir... yayın isti, bürkülü günlərində qırzo papaq, palto geyinib...
Əlbəttə, bütün bunların çoxu onun sadəliyindən, səhlənkarlığından olsa da, çoxlarına xoş gəlməzdi. İrad tutanda da deyərdi:
-Ə, mən neftçi adamam. Səliqə-səhmanlı geyinməyə vaxtım haradadı?
Əslində isə o, ağır zəhmətdə çalışan qara neftçi də deyildi. Baş idarədə yaxşı vəzifədə işləyirdi. Şöbə müdiri olmasa da, elə ona yaxın bir iş idi. Bir də görürdün, elə səliqə-səhmanlı geyinib, səliqə ilə qalstuk bağlayıb ki, sanki dünya bunundu.
Mayor diləndi:
-İndi deyirsən ki, boşanmaq üçün ərizə veriblər?
-Hə...
-Bəs sudya sənin dostun idi axı. Bu ərizəni niyə qəbul edib?
-Sudyanı nə qınayım. Hüququdu da, tələb edib. Bir də ki, ordakılar var ey. Daha çox ağrı elə olardan keçib. Üçdən-beşdən alıb ərizə yazdırıb, yola veriblər də.
-Vaxtında hamıya əl tutur, kömək edir, ərizə yazırdım...
-Demoqoqluq edirdim?!
-Yox ey...
-Onsuz da məni demaqoq bir adam kimi tanıyırlar.
-Lap yaxşı edir, atalarını yandırrısan. Qara fəhlənin hüququnu sən müdafiə etməyəndə, kim edəcək?
-Buna baxan kimdi ey...
-Niyə, o gün icradakı çıxışından çox xoşum gəldi. Ancaq lap ağ elədin ha... Rəisi, prokuroru, hakimi təriflədin...
-Onları deyə bilmərəm, hakim pis oğlan deyil.
-Pisliyin, yaxşılığın indi görəcəyik də. Xanımın ərizəsinə münasibətilə... -Mayor əsəbi halda əlini yellədi, sözünü dedi: -Bir sən deyilsən ey... Bu uşaqları niyə başsız, atasız-anasız qoyurlar?...
Kazım bu sözlərdən təsirlənmiş halda ona baxdı:
-Yetim niyə qalırlar ki? Hər halda birimizin himayəsinə verəcəklər də.
-Soruş məsələsi də problemə çevriləcək. İki gündən bir qaçacaqsan üstümə ki, uşaqları görməyə arvad mənə imkan vermir.
-Allah kömək olsun sənə... Hələ işə baxılmayıb, qətnamə yox... İndidən sən bizi ayırdın.
-Mən bilirəm də... Ora ərizə daxil oldu. Nəticəsi xoşagələn olmur. -Sonra üzünü Kazıma tutub, ona lap bozardı: -Ə, nolub, adam ölümüdü? Bu arvada bir xoş, şirin söz de də. Dünya dağılmayacaq ki?
-Deyirəm də...
-İnanan daşa dönsün...
-İnan...
-Yaxşı, nə vaxt onu əzizləmisən?... Lap elə əlini əlinə alıb sığallamısan?
Kazım istilənən kimi olub dilləndi:
-Ay mayor, daha bu qədər yox da. Daha nə vaxt, öpüşdüyümüzü, münasibətdə olduğumu sizə deməyəcəyəm ki?
-Ə, səni qınamıram. Neftçi adamsan da. Bütün bunlara heç sənin vaxtın var ki... Odur ki, axırı da belə... İndi qal məhkəmənin yollarında.
Bir neçə gün sonra onlar yenə də qarşılaşdılar. Özü də həyətdə. Daha doğrusu mayor onların səs-küyünə gəlib çıxmışdı. Qadın cınqıyırdı:
-Belə də ər olar?! Deməkdən yorulmuşdum ki, a kişi, bu uşaqlara əl qaldırma. Vurmaqla uşaq tərbiyə etmək, oxutmaq olmaz. Hər iki oğlumu şil-küt edib, qulaqları eşitmir, bunu Allah götürər?
Mayor dilxor halda dilləndi:
-Dur deyirsən, Güldəstə bacı. Əgər o belə qəbahətli hərəkətlər edirsə, çox pis.
Onun bu sözləri Kazıma xoş gəlmədi, kükrədi:
-O dedi, siz də inandınız? İstəyirsən lap uşaqların özündən soruş.
Amyor uşaqları çox səsləsə də onlar yaxın gəlmirdilər. Onları adları yox, məşğuliyyətləri ilə çağırdı:
-Futbolçu, utanma bəri gəl...
-Qorxuram...
-Nədən, kimdən qorxursan?
Uşaqdan səs çıxmadı. Mayor indi də o biri oğlanı səslədi:
-Boksiyor, sən haradasan, cəsarətli ol. Boks əsil kişi işidi.
Kazım qımışdı:
-Əmisi, həm də güləşlə məşğul olur.
-Dədəsi kimi...
Onun bu sözləri Kazıma toxundu. Mısmırığını sallamış, alnını turşutmuş halda dilləndi:
-Mən nə vaxt, kimin bostanına daş atmışam ki?
Mayor zaratafa keçdi:
-Paho... Bunda iştahaya bax. Hələ çəpər aşmaq həvəsinə də düşüb... Ə, sənə elə gəlir ki, arvad saxlamaq asandı?! Hələ birini yola verə bilmirsən, qalmışdı ki, ikisi ola.
Güldəstə əri tərəfə əllərini yelləyərək onu qarğıdı:
-Külü qoyum başına. Danışığına bax da. Vaxtında elə mənim də ağlım olmadı. Sənə könül verdim...
-Yox, ürək...
-Bax, sənin elə belə xırdaçılığın var ki, yaman günə qalmısan da. Nə fərqi var, eyni sözlər, ifadələrdi də...
əlin kövrəldi:
-Görürsüz də... Bax bu həmişə belədi. Özünü çoxbilmiş hesab edir... Camaatın içində kobud sözlər deyir... Axı mən də insanam... Daha dözə bilmirəm... Ondan bir xoş söz eşitməzsiniz...
Mayor onlardan ayrılanda, Kazımın da arxasınca gəldiyini görüb dedi:
-Ə, sürüş... Səndən mənə dost olmaz. Səninki mənimlə elə bu günə kimi imiş.
-Axı nolub ey?!...
-Nə olacaq ki? Öz yersiz hərəkətlərinlə bütün ailəni özünə düşmən etmisən.
Kazım qeyrləndi:
-Onda mən onların bütün hərəkətlərinə göz yumum da?!
Soruşdu:
-Uşaqların təqsiri nədir?! Nə ediblər ki?
-Yaxşı dərs oxumurlar...
-Onda kötəkləyərlərmi?!
-Deyir də... Elə də zərblə vurmamışam, sadəcə şağpalaqlamışam.
-Bu da olmaz.
-Onda bəs nə olar?
-Çalış utandırmaqla yola ver. Cəzalandıranda da, əl-qol hərəkəti eləmə, bir yerdə ayaq üstə saxla, küncə qoy... Evdə saxla...
-De ki, axşama kimi onlarla siçan-pişik oyunu oynayım da.
-Sərt olarsan, vurarsan, məsuliyyətə cəlb olunarsan.
-Öz uşağımız üstündə də?
-Bəli... Əlbəttə ki... -Sonra isə ciddi halda soruşdu: -Bunlar öz yerində... Bəs bu xanımın günahı nədi? Mən bilmirəm, bəlkə bir qəbahəti var? Başqalarına baxır, göz-qaş edir, gəzir?
Kazım o an dilləndi:
-Mayor, daha ağ eləmə də. Mənim xanımımın nə işi olsa da belə işlərlə arası yoxdu. Təmiz ailədəndi.
Mayor dərhal yerində dayanaraq dedi:
-Ə, dayan!...
-Nolub ki?!
-Rədd ol mənim yanımdan! Elə isə bu qadına niyə baş ağrısı verirsən?! Niyə onu bezdirirsən?!
-Mən onu, yoxsa, o məni?!
-Əclafsan vallah!...
-Məni təhqir edirsiniz?
-Yox ey... Adamdan soruşarlar ki, bəs sən ona əziyyət verəndə yaxşı idi. Yoxsa, vəzifələrinizi dəyişmişdiniz.
-Oyunsan vallah... Oyunuz olsun, mayor... Sözlərinə bax da...
Mayor onsuz da haldan çıxmışdı:
-Ə, yandığımdan deyirəm də. Küçələrdə qalanda deyəcəyəm sənə. Gül tək gəlindi...
-Yox, çiçək tək...
-Tay mən bilmirəm, qoxuyan sənsən... Ətrinin olub-olmadığını, nə qoxu verdiyini sən bilərsən. Yoxsa daha pisini vurub?!... Yox, de ki, elə sənin də həyat enerjin qurtarıb. Bunları lazımsız şeylərə sərf edirsən. Bəşirətli adam deyilsən. Olsaydın, belə xoşagəlməzliklərə də yol verməzdin. Gördün, şitdin, gəlin özü dedi ki, kobudsan, səndən bir xoş söz eşitmir...
...Məhkəmə onların nigahını gördü. Kazım nə qədər yalvarıb-yaxarsa da, artıq gec idi, xeyri olmadı. Heç Appelyasiya şikayəti də vermədi. Təqsirin özündə olduğunu az-çox lap yaxşı bilirdi.
O gündən sonra mayorla qarşılaşanda, onun kal səsini eşidərdi:
-Ə, uzaq ol, sən adam deyilsən.
-Sən də belə?!
-Olacağam da. Gül tək ailəni dağıtdın.
-Məni evə qoymurlar da.
-Bilmirdim ki, axırı belə olacaq?
-Axırı, əlacsız qalıb, atamın köhnə evinə sığınmışam.
Kazım o gündən sanki başqa adam olmuşdu. Səliqə-səhmanlı halda geyinər, üst-başına fikir verərdi. Onu təzə kostyumda, qalstuklu görəndə çoxları inanmaz, soruşardılar:
-Ağəz, bu keçəldi? Başına tük gəlib ki...
-Paltonu daha çıxarıb, adam kimi gəzir.
-Sapoğu da görünmür... Ay səni, sapoq...
Kazımı vaxtında belə löyündə gəzdiyi üçün elə belə də çağırar, səsləyərdilər: "Dazik"... "Palto"... "Sapoq"...
İndi də səliqə-səhmanlı küçələrdən keçəndə, işə tələsəndə yaxınlar, dəcəl uşaqlar onu beləcə səsləyir, çağırrıdılar!
-Dazik, nə bəzənib-düzənmisən?
-Palto, ağıllanmısan da...
-Sapoq, daha dostlarına yuxa bişirtdirib aparmırsan ki?...
Kazımın belə anlarda qanı qaralsa da, söhbəto böyütməz, ürəyində deyərdi: "Ağıllı ol, bala... Bu həyatdı, bilmək olmaz ki, səhər kimin başına nə iş gələcək. Vaxt vardı ki, NQÇİ-nin rəisi qarşıma yeriyir, şəhərdən gələn qonaqlara məni təqdim edirdi. Polis rəisi, prokuror, hakim də onun kimi... Hələ başçını demirəm. Özü də hamısı hədiyyələri, pul-parası ilə..."
Kazım arada mayorla rastlaşanda gileyləndi:
-Görürsən də... Bu qadın niyə belədi?! Pul, aliment verirəm götürmür. Deyir ki, uşaqları özüm saxlayacağam.
-Əhsən, namuslu qadındı da.
-Bəs mən?! Atayam axı... O pul almayanda, vicdan əzabı çəkirəm.
-Bu əzabdan hələ sən çox çəkəcəksən. Vaxtında qürurunu sındırıb, ona bir xoş söz də demədin.
-Mən beləyəm də...
Mayor ona sərtləndi:
-Mən beləyəm... Kül qoyum sənin başına. Arvadsız kişi nə kişidi? Aqillər deyib ki, kişi üç halda diz çökə bilər... Dua edəndə, gül-çiçək toplayanda, bir də öz xanımı qarşısında...
-Qadın qarşısında...
-Ömründə bir ağıllı söz danışdın.
-Mən ağıllıyam da...
-Təriflə özünü... Görürük elə.
O gündən Kazım əsil mənada beləcə dəyişilən kimi olmuşdu. Xüsusilə qızlara, qadınlara qarşı. Əvvəlki tək münasibəti, davranışı xoşagəlməz, kobud deyildi. Tez-tez ondan bu sözləri eşidirdilər: "Buyurun, xanım"... "Yol sizindi...", "Zəhmət çəkməyin"...
Sonra da bu söz-söhbətlər daha xoş sözlərlə əvəz olundu: "Siz nə gözəlsiniz...", "Təki hamı sizin kimi olsun...", "Mənim sevgilimə oxşayırsınız..."
Bu səbəbdən də bir gün idarə müdiri onu yanına çağırıb, sərtləndi:
-Bu nədir, arvad boşamağın öz yerində, indi də ona-buna söz atır, xoş söz deyirsən?!
-Birincisi, mən yox, o məndən ayrılıb...
-Deməli, onda o səni boşayıb?
-Hə də...
-Bu da ağıllımız... Bir arvadı yola verə bilmədi, indi ona-buna sataşır, söz atır...
Hətta rəis həmin qızı çağırıb onları üzləşdirəsi oldu, sonra da ərizəsini yazdırıb, iş yerini dəyişdi. Yaxşı əlinə imkan düşmüşdü. Uzaq mədənlərin birinə göndərilmişdi. Əvvəlki iş yeri, şəraiti hara, bura hara. Bu səbəbdən xeyli müddət idi ki, mayor onu görmürdü. Görəndə isə soruşdu:
-Ə, nolub sənə? Görünmürsən... Aya-günə dönmüsən.
Kazım dilxor halda dedi:
-Görünməyəcəyəm də... Xoş söz... Xoş söz de... Bəklasına düşdüm də...
-Arvadı boşayanda bilmirdin ki, bəlasına düşəcəksən.
-Mən yox, o boşadı...
-Nə fərqi var... Bir atımlıq barıtınız vardı, çıxdı da...
(ardı var)