adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyul 2018 11:53
12038
DÜNYA
A- A+

Suriyalı müxaliflər Əsəd rejimi ilə anlaşdı – Atəşkəs

Suriyanın cənub-qərbində Əsəd rejimi və dəstəkçiləri ilə müxaliflər arasında atəşkəsə nail olunub.

Bu barədə "Röyter" informasiya yayıb.

Suriyanın cənubundakı Rusiya qüvvələrinin də iştirakı ilə bağlanan sazişə görə, Suriya ordusu və rejim tərəfdarları olan milislər Dera qəsəbəsinin şərqinə geri çəkiləcək və bu əraziyə rus ordusunun idarə edəcəyi yerli qüvvələr yerləşdiriləcək.