adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Iyul 2018 11:38
27908
TEXNOLOGİYA
A- A+

“BMW” 12 minə yaxın dizel mühərrikli avtomobili geri çağırıb

"BMW" Almaniyada 12 minə yaxın dizel mühərrikli avtomobilini geri çağırıb.

Bu qərar həmin avtomobillərdə zərərli maddələrin buraxılışına nəzarət sistemindəki qüsurlarla bağlıdır.

Bir müddət əvvəl, Münhen prokurorluğu dizel mühərrikli avtomobillərin təmizləmə sistemlərində manipulyasiyalarla əlaqədar yoxlamalara başlamışdı. Məlum olub ki, bir sıra avtomobillər havaya normadan artıq azot oksidi buraxıb.

Geri çağırılan avtomobillərin sahiblərinə bununla əlaqədar məlumat verilib.

Trend