adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyul 2018 11:16
13719
DÜNYA
A- A+

Rusiya və BƏƏ razılaşdı - Viza rejimi ləğv edilir

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) viza rejiminin qarşılıqlı ləğv olunması barədə razılıq əldə edib.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında müvafiq sənəd imzalanıb.

Qeyd olunur ki, ötən il Rusiyadan BƏƏ-yə turist axını 50 faizdən çox artıb.

Bildirilir ki, BƏƏ-yə 750 mindən çox rusiyalı turist səfər edib ki, onlar ölkə iqtisadiyyatına 2,3 milyard vəsait gətirib.