adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Iyul 2018 11:08
12262
ŞOU-BİZNES
A- A+

"Kişilər min hoqqadan çıxır" - Mətanət

Adalet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "El bizim, sirr bizim" proqramında deyib.

Aparıcı cəmiyyətdə qadına olan münasibətdən, kişi qısqanclığından danışıb:

"Çalışdığım kanalda bir cütlük var. Kişi qoymur həyat yoldaşı efirə çıxsın. Başa düşmürəm, əgər qısqanırsansa, niyə xanımını kişilərin içində işləməyə qoyursan? Müstəqil qadınam. 23 ildir işləyirəm, həftənin 7 günü çalışıram. Allah ömür versin yenə çalışım. Mən ailədə öz pulumu yığıram. Hətta evdə borc istəyəndə deyirəm yoxumdur".

M.Əliverdiyeva həmkarlarının paxıllığından söz açıb:

"Efirdə olan aparıcıların paxıllığı var. Kişi aparıcıları, qadınlara qarşı qıcıq olur. Reytinq mövzusu bütün aparıcıların boğazındadır. Bu gün verilişin reytinqi 3-dür, qınayırlar. Amma siz onun qonaqlarına, aparıcısına qiymət verin. Mən paxıl insanları görmürəm. Paxıllar heç mənim vecimə də deyil".