ANA SƏHİFƏ / ŞOU-BİZNES

"Kişilər min hoqqadan çıxır" - Mətanət

Kişilər min hoqqadan çıxır... Həyatda özümüz-özümüzə baryerlər qoyuruq, kim mənə nə qadağa qoya bilər? Sərhədlər ailədən başlayar: ata, qardaş, həyat yoldaşı. Kənarda, sosial şəbəkədə kimsə nə etdi, mənə nə.

1420    |   2018-07-07 11:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "El bizim, sirr bizim" proqramında deyib.

Aparıcı cəmiyyətdə qadına olan münasibətdən, kişi qısqanclığından danışıb:

"Çalışdığım kanalda bir cütlük var. Kişi qoymur həyat yoldaşı efirə çıxsın. Başa düşmürəm, əgər qısqanırsansa, niyə xanımını kişilərin içində işləməyə qoyursan? Müstəqil qadınam. 23 ildir işləyirəm, həftənin 7 günü çalışıram. Allah ömür versin yenə çalışım. Mən ailədə öz pulumu yığıram. Hətta evdə borc istəyəndə deyirəm yoxumdur".

M.Əliverdiyeva həmkarlarının paxıllığından söz açıb:

"Efirdə olan aparıcıların paxıllığı var. Kişi aparıcıları, qadınlara qarşı qıcıq olur. Reytinq mövzusu bütün aparıcıların boğazındadır. Bu gün verilişin reytinqi 3-dür, qınayırlar. Amma siz onun qonaqlarına, aparıcısına qiymət verin. Mən paxıl insanları görmürəm. Paxıllar heç mənim vecimə də deyil".




İmza:

"İkinci dəfə ailə qurmaq istəyirəm" - Könül

Təranə Səmədova məhkəmə qarşısında: insan alverində günahlandırılır

Xalq artisti evindən oğurlanan pul və qızılların məbləğini açıqladı

"Sənətə necə gəldiyinizi..." - Xatirə ilə əkizlər arasında qalmaqal

“Anne” serialından şikayətçidir: “Övladımı icazəsiz çəkiblər…”

Elzadan ADO-ya dəstək

"Müğənnilər toylarda dilənirlər" - Vasif Məhərrəmli

"Allah heç kəsə qardaş dağı göstərməsin" - Nisə Qasımova

"İlhamə Quliyevanın qohumları 4 minimi vermir" - Əməkdar artist

"Başqasının ərinə "padxod" edib, küçə iti kimi atılan qadın..." - Aytən

Türk məşhurun yaxtası qayalığa çırpıldı

Murad Arif : "Gündəmə gələcəyim adamları özüm seçirəm" - AÇIQLAMA

SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK