adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyul 2018 11:00
20723
MARAQLI
A- A+

Bu ölkədə məktəblilərə yubka geyinmək qadağan olundu

İngiltərənin 40 məktəbində gender neytrallığı səbəbi ilə yubka geyinməyə qadağa qoyulub.

Modern.az"Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu məktəblərdə oğlanlar və qızlar artıq yalnız şalvar geyinəcəklər.

Digər məktəblər də oxşar dəyişikliklərin tətbiq edilməsini nəzərdən keçirir.

Bu qaydanı ilk olaraq EastSussex (Şərqi Susseks) qraflığının Lewes şəhərində Priory School orta məktəbi tətbiq edib. Məktəb həm cinsi bərabərlik həm də gənc qadınların cinsəlləşdirilməsi ilə bağlı narahatlıqları əsas gətirərək keçən ilin sentyabr ayında bu qadağanı tətbiq edib.

Bu barədə başqa bir özəl məktəbdə makiyaj üzrə mütəxəsislərin dəvət olunması ilə yanaşı xəbər yayılıb.

"Məktəb formasında dəyişikliklərin səbəbi, ən başlıcası, bərabərlik və ədəb qaydaları ilə bağlıdır. İndi bütün şagirdlər eyni formanı geyəcəklər. Bu, daha ədəblidir və bundan sonra ədəbsiz hərəkətlərə daha az yol veriləcək” – Priory məktəbinin dirktoru Toni Smit bildirib.

Bütün bunlarla yanaşı transgenderləri də nəzərə alan direktor həmçinin məktəblərində bu cinsə aid nəfərlərin olduğuna da diqqət çəkib.

Direktorun bu fikirləri bir çox valideyn və şagirdlər tərəfindən tənqid obyekti olub.

Bununla yanaşı digər məktəblər də bu ənənəni tətbiq etməyə başlayıblar.

Valideynlər əsasən bu barədə heç bir məlumat almadıqlarını və şagirdlərə seçim verilməsinin düzgün olduğunu qeyd ediblər. Onlar həmçinin bu cür mövzularda valideynlərlə məsləhətləşmələrin daha düzgün olacağını vurğulayıblar.

Valideyinlərin bəziləri bunu axmaqlıq adlandırıb, şagirdlər isə oğlanların oğlan, qızların isə qız olaraq qalmasının tərəfdarı olduqlarını qeyd ediblər.

Qeyd edək ki, bütün bunlar "Hartfordşir”də yerləşən "Immanuel College” özəl məktəbinə makiyaj mütəxəssislərini çağırılması ilə başlayıb. Məktəb 16 yaşa qədər şəgirdlərə makiyaj qadağası qaydasını ləğv edərək bu addımı atıb.