adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Iyul 2018 17:44
7831
GÜNDƏM
A- A+

Prezident dövlət büdcəsinə dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 149 000,0 min manat, xərcləri 23 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 21 495 650,0 min manat,yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 22 376 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilib.

2.2-ci maddədə "2 320 000,0” rəqəmləri "2 533 000,0” rəqəmləri ilə, 2.5-ci maddədə "4 288 000,0” rəqəmləri "4 033 000,0” rəqəmləri ilə, 2.5.1-ci maddədə "1 705 000,0” rəqəmləri "2 220 000,0” rəqəmləri ilə, 2.8-ci maddədə "91 000,0” rəqəmləri "103 000,0” rəqəmləri ilə, 2.8.1-ci maddədə "18 000,0” rəqəmləri "30 000,0” rəqəmləri ilə, 2.10-cu maddədə "535 000,0” rəqəmləri "768 000,0” rəqəmləri ilə, 2.14-cü maddədə "9 216 000,0” rəqəmləri "10 966 000,0” rəqəmləri ilə, 2.17-ci maddədə "112 000,0” rəqəmləri "142 000,0” rəqəmləri ilə və 2.18-ci maddədə "460 000,0” rəqəmləri "499 000,0” rəqəmləri ilə əvəz edilib.

3.1-ci maddədə "333 000,0” rəqəmləri "372 000,0” rəqəmləri ilə, 3.1.1-ci maddədə "91 000,0” rəqəmləri "103 000,0” rəqəmləri ilə, 3.1.7-ci maddədə "133 000,0” rəqəmləri "160 000,0” rəqəmləri ilə əvəz edilib.