ANA SƏHİFƏ / SAĞLAMLIQ

Bir ailədə 3 talassemiyalı uşaq

Minnətdarlıq

4600    |   2018-07-06 17:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyaya gəldiyimiz zamandan həyat öz sürprizləri ilə qarşılayır bizləri. Bu sürprizlər könlümüzcə, ürəyimizcə olsa belə, bəzən gözləmədiyimiz, arzulamadığımızlar da olur.

Bəli, həyat yaşamaq üçün mübarizədir. Yaşamaq, yaşatmaq üçün mübariz olmalısan ki, arzuladığın nəsnələrə yetə bləsən. 2010-cu ildə ömrümün sevinc payı olan ikinci övladım 8 yaşlı Daniyal dünyaya gəlişi ilə sevinc, xoşbəxtlik gətirdi evimizə, ocağımıza. Heç zaman düşünməzdim ki, bu körpə balamın özü boyda dərdi də gəlibmiş özü ilə bu dünyaya. Bir yaşı olduqda soyuqdəymə ilə xəstəxanaya yatırtdıq.Lakin xəstəliyin keçməməsi həkimlərdə şübhə yaratdığı üçün B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna qan analizləri verməyimizi məsləhət gördülər. Uşaqdan qan nümunələri götürdülər və cavabının 3 gün sonra ala biləcəyimi bildirdilər. Deyilən vaxt gələndə cavabları verən tibb bacısının sözləri hələ də qulaqlarımda səslənir: "Hələ nə yaşınız var, yenə uşağınız olar, üzülməyin, övladınız talassemiya xəstəsidir".

Bu xəstəliyin adını ilk dəfə eşitdiyim həmin tibb bacısı oldu və bundan sonra respublikamızdakı Talassemiya Mərkəzi bizim daim ziyarət etdiyimiz bir ünvan oldu. Yeni yaradılmış mərkəz yetərincə mütəxəssislər və təcürbə baxımından o qədər də püxtələşmədiyi açıq aydın hiss olunurdu. Bu illər ərzində ümidlə övladımın digər ölkələrdə müalicə və müayinəsi üçün ən azı ildə iki dəfə digər ölkəyə üz tuturduq. Lakin Talassemiya Mərkəzi ilə də əlaqələrimizi kəsmir, müəyyən zamanlarda övladlarımı mərkəzdə müayinələrə gətirir, həkimlərdən məsləhətlər alırdıq. Artıq üçüncü övladım da dünyaya gəlmişdir. Valideyn olaraq genetik cəhətdən bu xəstəliyin daşıyıcısı olduğumuz üçün hər üç övladım talassemiyalı doğulmuşdur. Artıq taleyimizlə barışaraq övladlarımızın yaşamı üçün müayinə və müalicəsinə diqqət yetirir, yollar arayırıq ki, nə edək, necə edək ki, övladlarımızı xilas edə bilək. Bu illər ərzində öz anam kim hörmət bəslədiyim Zemfira xanım, Samirə xanım, Nərgiz xanım və digər həkim və tibb bacıları öz dəstək və köməyini Talassemiya Mərkəzində bizlərdən əsirgəməyib.

Bir haşiyəyə çıxmaq istəyirəm. 2017-ci ilin mart, aprel aylarında səhhətində kəskin ağırlaşma olduğu üçün qan ehtiyacı yarandı və mən hər gün dostlar, qohumlar vasitəsilə qan bankında Daniyal üçün qan axtarır, gələn insanları qarşılayır, qan verilməsi üçün gözləyirdim üç, dörd gün qan qrupu 1 mənfi olduğu, çətin tapıldığı və qan olmadığı üçün səhhəti kəskin ağırlaşdı. Mən hər gün olduğu kimi qan bankında ümidlə gözlədiyim vaxt Daniyalın müalicə həkimi - şöbə müdiri Samirə xanımın taksidən düşərək təcili qan lazım olduğunu qan bankının həkimlərinə necə təlaşla bildirməsini gördüm və Daniyal üçün gəldiyini bildim. O zaman əməkdaşlardan biri "Doktor, özünüz gəlmisinizsə, deməli, vəziyyət çox ciddidir, necə olur-olsun bu gün qan gələcək" - dedi. Həqiqətən də o gün qan göndərildi. Şükürlər olsun Allaha, bu gün Daniyal 1-ci sinfi bitirib. O acılı günlərdə Samirə xanımın atdığı addım həkimlik borcundan çox, insani borc kimi yaddaşıma yazıldı. Təmənnasız olaraq öz hesabına taksi tutaraq övladım üçün qan tapılması üçün xahişi mənim həkimlərə olan sevgimi, məhəbbətimi birə on artırdı. Deməli, hər şey maddiyyatla ölçülmür, insanlıq ən uca zirvədir. Artıq bildiyim qədər mərkəzin öz şəxsi avtomobili var, bu avtomobil də Valeh Hüseynov mərkəzə direktor təyin olunduqdan sonra onun müraciətinə əsasən Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilib. Doğrudur, əvvəlki illərdə bəzən mərkəzdə müəyyən analizlərin alınması, yoxlanması laborator şəraitdən asılı olaraq digər xəstəxanalara üz tutmaq məcburiyyətində qalırdıq. Müəyyən bir müddət mərkəzin rəhbərsiz fəaliyyət göstərməsi bizlərdə bir ümidsizlik yaratmışdı. Lakin sonradan bu ümidsizliyin əbəs olduğunu gördük. 2017-ci ilin may ayında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehiriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə ölkəmizdə tanınmış, peşəkar hemotoloq Valeh Hüseynov Talassemiya Mərkəzinə direktor təyin olundu və o, gəlişi ilə bizlərə bir ümid gətirdi. Direktor təyin olunduğu müddətdən sonra hər dəfə mərkəzə gedəndə yeniliklər gördükcə sevinc hissimi gizlədə bilmirəm. Çünki hər bir yenilik daha yaxşı xidmət, keyfiyyətli müalicə deməkdir övladlarımız üçün. Bir il çox müddət deyil nələrisə qurub yaratmaq üçün. Lakin Valeh həkimin bir illik fəaliyyətinə bir valideyn olaraq diqqət etdikcə qürur duyuram.

Belə ki, gördüyüm fərqləri deməyi özümə borc bilirəm. Hansı ki, analizlər vardı, bir vaxtlar mərkəzdə verə bilmirdik, ancaq indi başqa xəstəxanalara üz tutmuruq. Bu, həm də əlavə vaxt və maddi itkinin qarşısını alır, talassemiya olmayan xəstələrin müayinə və müalicəsi, mərkəzdə qəbulu bir yenilk, personalın daha yaxşı işləməsinə zəmin yaradan alqışalayiq addımdır. Qəbul qaydalarında yeniliklər, saglam və talasemiyalı xəstələrin müayinəsi, analizlərin ayrı-ayrı mərtəbələrdə aparılması, talassemiyalı xəstələrin növbə gözləmədən rahat şəkildə müayinə və müalicəsi xüsusilə diqqət çəkir. Bütün bu yeniliklərin səbəbkarı olan Mehirban xanım Əliyevaya təşəkkür edirəm ki, belə gözəl bir seçim etmiş, öz işinin mahir bilicisi olan Valeh Hüseynovun bu mərkəzə direktor təyin olunması təşəbbüsü ilə çıxış etmişdir.

Biz valideynlər inanırıq ki, yeniliklər bununla bitməyəcək. Valeh Hüseynova hər birimizin ümidi, inamı böyükdür. İnanırıq ki, bu mərkəzi Azərbaycanda deyil, uğurlu işləri ilə dünya səhiyyəsinə tanıtdıracaq. Onu da bildirim ki, son bir ildə - Valeh Hüseynovun direktor təyinatından sonra övladlarımın müayinə və müalicəsini mərkəzdə aparmışam, əvvəlki illərdə olduğu kimi digər ölkələrə üz tutmamışam. Yüzlərlə valideyn mənimlə həmfikirdir. Biz valideynlər inanırıq ki, yaxın gələcəkdə donorlarla da bağlı respublikamızın qanunvericiliyinə əlavələr və dəyişikliklər olacaq ki, övladlarımız bu xəstəlikdən birdəfəlik xilas olsunlar.

Mən bir valideyn olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Talassemiya Mərkəzinin yaradılmasına göstərdiyi təşəbbüsə görə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezdenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, mərkəzdə olan dəyişikliklərə, yeniliklərə görə direktor Valeh Hüseynova, mərkəzin həkimləri Zemfira xanıma, Samirə xanıma, Nərgiz xanıma, Tünzalə xanıma, Zaur həkimə və adlarını çəkmədiyim digər tibb personalına öz adımdan, övladlarım Hüseynzadə Hüseyn, Hüseynzadə Daniyal, Hüseynzadə Təbriz adından sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Allah sizləri qorusun! Yaxşı ki, varsınız! Bizlərin ümid yeri sizlərin ünvanıdır.

Hörmətlə:

Rövşən Hüseynov

Kəlbəcərdən

məcburi köçkün



İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK