Əbülfət MƏDƏTOĞLU: MƏLƏKLƏR MƏZARLIĞI

ƏBÜLFƏT MƏDƏTOĞLU
55273 | 2018-07-06 17:33

Yəqin ki,yazının adını oxuyanda təəccüblənəcəksiniz və yaxud da dodağınıza ironik bir təbəssümgələcək. Düşünəcəksiniz ki, yayın bu cırhacırı ağlımı çaşdırıb. Axı, mələklərölmürlər. Bir halda ki, ölmürlərsə, deməli, mələklərin məzarlığı da ola bilməz.Amma siz necə düşünürsünüz düşünün, mən bu yazını mələklər məzarlığı haqqındayazacam... mələklərin məzarından yazacam... ölümüylə yaşayan mələklərdənyazacam. Və sonda sizin söylədiyiniz həqiqəti mən də etiraf edəcəm. Deyəcəm ki,bəli, mələklər ölmür!..

Həyatın insanabir dəfə verildiyi sübuta ehtiyacı olmayan bir gerçəklikdi. Həqiqətən də insan,yəni Allahın yaratdığı biz bəndələr cismani olaraq bir dəfə doğuluruq və bir dəfədə ölürük. Böyük şəxsiyyətlər, dahilər, dühalar, müqəddəslər ruhən yaşayırlar.Hər zaman aid olduqları millətin və bütünlükdə bəşəriyyətin yaddaşında öz əməlləriylə,öz xidmətləriylə var olurlar. Və insanlar da bu ruhən yaşayanların xatirəsiniehtiramla anır, onlardan yararlandıqları üçün onlara minnətdarlıqlarını dualarıilə dilə gətirirlər, rəhmətlərilə qeyd edirlər. Bu da bir gerçək...

Bir gerçək dəvar. O da mələklərin ölümüdü... Bu mələklər dünyaya gəlişləriylə dünyadangedişləri arasında zaman məsafəsini o qədər qısaldırlar ki, qaşla göz arsındaolur, olumla ölüm arası qədər olur, varla yox arası qədər olur. Deməli, çəkilən"ah"la bitir hər şey. Dodaqdakı, qəlbdəki, ruhdakı açılan təbəssümləaçılan çiçək əllərini başına, dizinə çırpmaqla solur və donub qalırsan yerində.İstəyir yay olsun, istəyir qış, fərqi yoxdu, donursan. İçin üşüyür, əllərin,dodaqların titrəyir, dilin sözünə baxmır. Sadəcə kirpiklərindən aşağı yaşsüzülür. Bu yaş da başqa göz yaşlarına bənzəmir. Bu da digər göz yaşlarından o qədər duru olur ki,onu barmağının ucuyla yanağından götürəndə, ya kirpiyindən siləndə o gözyaşında öz şəklini də görə bilirsən. Axı sən mələklər üçün ağlayırsan. Ölən,öldürülən mələklər üçün...

Nə qədər istəyirəmki, yazımın kədər notu az olsun, amma bacarmıram. Qəmli, ağrılı sözlər fırlanıriçimdə. Ürəyimdən ağlıma, ağlımdan da ruhuma tərəf qaçır o sözlər. Çünkigözümün önündə öldü bir mələk. Daha doğrusu, öldürdülər o mələyi -savadsızlıqları ilə, laqeydlikləri ilə, insanlığa yaraşmayan əxlaqlarıyla, mənəviyyatsızlıqlarıyla.Mən onu bircə dəfə gördüm. Və bircə dəfə gördüyüm o mələyin çöhrəsi nə gözlərimönündən gedir, nə yuxumdan çəkilir, nə də ruhuma rahatlıq verir. Onu qoruyabilmədiyim üçün, onun yanında ola bilmədiyim üçün vicdan əzabı çəkirəm. İndininözündə də içimdəki sıxıntı ürəyimi ox kimi dəlib keçir. Doğrudur, mən təbibdeyiləm, loğman deyiləm, həkim deyiləm, adicə bir söz adamıyam. Adidən adi.Gücüm sözə çatır, rica etməyə, təvəqqe etməyə, hətta o mələyin xatirinəyalvarmağa da. Amma bu ricalar, bu yalvarmalar maddiyyat deyil, heç nəyəyaramır. Üstəlik, hardansa, kimdənsə pul da tapmaq mümkündür. Amma savadsız,biganə, insan taleyinə qarşı acımasız olan saxta həkimin, loğmanın, təbibinqapısını döymək, ondan ümid ummaq, ondan uzadılan ələ ümid əli almaq mümkündeyil. Mən bunun şahidi oldum və bu dünyada yeddi gün yaşayan bir körpəninözünün də, anasının da nələr çəkdiyini ömrümə yazdım, daha doğrusu, yazdılar.Özü də qələmlə yox, xəncərlə... oxla... iynə-sancaqla... bizlə... ucu zəhərlineştərlə...

Gözümün önündəngetməyən mələk Azərbaycan tibbinin yerində olmayan həkiminin günahından budünyada yeddicə gün yaşadı. Özü də süni nəfəslə... özü də dava-dərmanla.Valideynlərin cani dildən od qiymətinə tapıb gətirdiyi dərmanlarla. Hansı ki, odərmanların bu mələyə heç bir faydası olmadı və ola da bilməzdi. Həkim isəözünü sığortalamaq üçün dərmanlar yazırdı. Mən indinin özündə də başa düşəbilmirəm ki, bir mələyin və bütövlükdə mələklərin qatilləri öz günahlarını vəonları nələr gözlədiyini niyə anlamırlar? Niyə bilmirlər ki, hər gecənin səhəriolduğu kimi, hər işin də, lap elə hər bir ömrün də sonu var. Son isə hesabatdeməkdir, suallara cavab vermək deməkdir. Bəs onda nə olacaq? Onların əvəzinəkim cavab verəcək? Ünvanlanan suallar dünyanın, yerin, göyün, ərşi-aləmin ənpak məxluqları ilə bağlıdır, mələklərdən gedir söhbət...

Bəli, cəmi yeddigün yaşadı. Elə yeddinci günün axşamında da, daha doğrusu, səkkizinci günə birneçə saat yol gedib "əlvida" dedi bəyənmədiyi bu dünyaya. Gördü ki,insanları xilas etməli olanlar özləri qatildilər... gördü ki, insanlarınsağlamlığı keşiyində durmaq üçün seçilən kəs insanların cibiylə nəfəs alır...gözü xəstədə yox, əllərdədi... gördü ki, bu dünya rüşvətə, harınlığa, biganəliyə,arsızlığa, bir sözlə, o qədər çirkablara batıb ki, dünyada qalmaq olmaz. Onagörə də heç nə demədən uçub getdi... Və onda onun arxasınca baxa-baxa donubqaldığım anın misraları göyərdi ürəyimdə. Yazdım ki:


Sən bir günlük kəpənək

İşıq kimi doğuldun...

Səni sevmədi fələk-

Qara əlləboğuldun-

mələk...


Doqquz ayın həranı

Oxunulmayankitab...

Uzanan əllərimiz-

Toxunulmayankitab

mələk...


Ana hıçqırtısını

Kirpiyinə köçürən...

Ata pıçıltısını

Sükutuyla keçirən

mələk...


Sən möcüzə, sənbir sirr

Ən müqəddəs birdilək...

Sənin ovuc boydayer -

Yuvanı cənnətbilək

mələk!

***

O, köçdü! Əvvəlcəmən elə bildim ki, harasa gedib qayıdacaq. O, keçdi... elə bildim ki, işıqdı,sönüb təzədən yanacaq. Amma bunların heç biri olmadı. O, sadəcə getdi - ruhkimi, mələk kimi. Biz onun cismini mələklər məzarlığında dəfn etdik. İlk dəfəgördüm bu məzarlığı. Bakıda, daha doğrusu, Bakı ətrafında bir məzarlıq var.Orda uşaqları, dünyanın ən pak bəndələrini torpağa tapşırırlar. Bu dünyaya erkən"əlvida" deyən həmin o körpə mələklərin məzarlıqları mənə dünyanın hələdə anlaya bilmədiyim bir yerini xatırladır. Orda təmtəraqlı başdaşları dayoxdu, sinə daşları da yoxdu. Ordakı uşaqlar o qədər məsumdular ki, sanki onlarhəmin o ərazidə yığışıb eyni cür düşündüklərindən, eyni cür danışıb güldüklərindəneyni oyunu oynayırlar, eyni musiqini eşidirlər. Hamısı bir-birindən gözəl,hamısı bir-birindən yaraşıqlı və hamısı da ürək parçaları. Bu yerdə ən çox mənidüşündürən fələyin amansızlığı, nə boyda iyrənclikləri oldu. Necə qıyır bu məsumlara,bu mələklərə? Çox ağrılı, çox çətin bir sualdı. Sadəcə, özümə təsəlli üçüncavab uydururam ki, onlar cənnətdədir. Onlar hamıdan öncə cənnətləmükafatlandırılanlardı, cənnətə layiq görülənlərdi. Onlar valideynlərinin,ata-analarının Tanrı yanında günahlarının bağışlanması üçün getmiş elçilərdi.Bu məsumlar, bu mələklər Tanrı dərgahında bizlərin bağışlanmasını istəyənlərdi...Eh, nə qədər fikirləşsəm də, nə qədər təsəlliverici sözlər axtarsam da heç nətapa bilmirəm. Çünki aldığım zərbə, tuş gəldiyim məqam və nəhayət, bu dünyanınözünün ayaq-baş oyunları mənə yaxşı heç nə vəd etmir. Ona görə də öz-özüməpıçıldayıram:


Ruhum yatır sinəndə

Əlini günlük elə...

Ruhunu da onaqoş -

Yanını güllük elə...


Nə yuxumdançıxıb get

Nə fikrimi sən tərket...

Harayıma hər anyet -

Ömrümü tünlük elə!..


Qəlbim boşdu ev kimi

Demirəm dön, sevkimi?!

Ona dəli sevgimi-

Allah, min illikelə...


***

Adətən deyirlərki, dərd dağa-daşa yox, insana alın yazısıdı. Yəni Tanrı dərdlərini insanlarüçün yaradıb. Ona görə də dağın, daşın, otun, ağacın, bir sözlə, bəndədən başqagözə görünən nə varsa, guya heç nəyin dərdi yoxdu, ağrıyan yeri yoxdu. Mən bufikirlə razılaşmıram. Barışmıram bu deyilənlə. Çünki qanadı qırılan ağacın necə sızıldadığını hissetmişəm. O qırılan yerdən daman ağacın şirəsi deyil, ağacın göz yaşıdı. Külüngləsındırdığımız qayanın qopan qəlpəsi daş parçası deyil, o, həmin qayanın bir əzasıdı,bir hissəsidi. Tapdaladığımız otun torpağa yapışan hissəsi onun bədəninin ayaqlar altında qalmasıdı. Bax, buməntiqlə yanaşanda onda aydın olur ki, dərd sadəcə olaraq çəkənlərə verilir. Çəkməyənlərüçün dünyanın od tutub yanması da heç nədi. Necə deyərlər, heç tükləri də tərpənməyəcək.Ona görə də dərdin boyunu sevmək və verilən dərdi son nəfəsə kimi çəkmək istəyindəqərarlıyam. Bilirəm ki, mənə dərddən doğma, dərddən yaxın bu dünyada heç nəyoxdu. İnansanız da, inanmasanız da dərd təkcə mənim yox, elə hamımızın canköynəyidi. Və:


Çıxıb getmək istəyirəm

Sıxıb getmək istəyirəm...

Yığıb getmək istəyirəm-

Dərdləri -


Dərd, sizdən...

Çıxıb gedəbilmirəm

Sıxıb gedəbilmirəm...

Yığıb gedəbilmirəm

Dərdləri -


Tərslikdən....

Çıxıb gedə bilməyən

Sıxıb gedə bilməyən...

Yığıb gedə bilməyən

Dərdlə qalır -

Fərsizlikdən!..

Bəli, budünyadan çıxıb getmək bir hava kimi, bir su kimi gəlib keçir içimdən.

Elə istəyirəmki, qopam, ayrılam dayandığım nöqtədən.Amma gözümün önündəki o mələk öz təbəssümüylə, öz çöhrəsiylə sanki məni fikrimdəndaşındırmaq istəyir.

Onun bu istəyinəqarşı çıxa bilmirəm, heç çıxmağa gücüm də yoxdu. Axı bu dünyanın ən məsumları, əngözəlləri, ən göyçəkləri, yəni mələkləri hər şeyə qadirdilər. Onlar istəkləriniistədikləri an gerçəkləşdirə bilirlər. Həm də onların özəl dünyaları var axı.Onlar mələklər məzarlığında uyuyurlar. Bir az da obrazlı desəm, onlar bu məzarlıqdaöz dünyalarını gerçəkləşdirirlər, öz dünyalarını...

Hə, indi"Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsindən Yasamal qəbiristanlığınabaxıram. Elə bu yazını yazdığım anda günorta azanı oxunur. Mənə elə gəlir ki, oazan səsinin dalğalarında mənim də mələyimin uçuşu var. Hər azan səsiylə o mənəgəlir və məndən də dönüb gedir. Çünki mənim qaldığım dünyada o özünə yer tapabilmir. Və bu yer mələklər üçün deyil!


TƏQVİM / ARXİV