adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Iyul 2018 17:23
13919
SİYASƏT
A- A+

“Mingəçevir qəzası zamanı polisin çevik və operativliyi fəxr olunası hadisədir” - Deputat

İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.

Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Baş vermiş qəza zamanı hüquq-mühafizə orqanları necə fəaliyyət göstərdi?


Modern.azsaytı məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəyə müraciət edib.


Deputat deyib ki, iyulun 3-də ölkə ərazisində ciddi enerji problemi yaranmışdı.


"Hadisələr zamanı əsasən fikirlərimizi tənqid üzərində qurmağa çalışırıq. Bu, başqa bir müzakirə predimetidir. Ancaq faciənin baş verdiyi anda bu probelmlərdən insanlarımızı xilas edən , yardım göstərən digər dövlət qurumlarının da fəaliyyətini qiymətləndirməliyik”.


Ç.Qənizadə qeyd edib ki, hadisə baş verən günün səhəri şəhərdə hərəkətin təhlükəsizliyi təmin edilməsəydi və bunun nəticəsində şəhərdə nəqliyyat iflic vəziyyətinə düşsəydi, bir neçə milyon insanlar günün altında problemlərlə üzləşməli olacaqdı:


"Çünki metro işləmədiyi halda, avtobuslar və şəxsi minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi, öz üzərilərinə peşə borclarının layiqincə yerinə yetirilməklə bərabər, 100 minlərlə insana diqqət və qayğının göstərilməsidir.

Hər işıqforun yanında bir neçə polis əməkdaşı günün altında hərəkətin təhlükəsizliyini təmin etdi. Dövlət Yol Polisinin, həm də polisin digər qurumlarının və digər hüquq-mühafizə orqanları əməkdaşları öz xidməti borclarını layiqincə yerinə yetirməklə bir daha göstərdilər ki, bu cür fövqəladə hallarda xalqın yanındadırlar və problemin həllində insanlara köməklik göstərirlər.

Polis təkcə müəyyən obyektlərin mühafizəsilə deyil, həm də insanların evlərinə çatdırılması üçün çalışdı. Metro tunellərində qalmış adamların çıxarılması üçün polis forması geyinmiş şəxslərin hərəkəti məndə böyük qürur hissi yaratdı.

100 yaşlı polisimizin insanlar qorumaq üçün belə çevik, operativ fəaliyyət göstərməsi təbii ki, fəxr olunası hadisədir. Yeri gəlmişkən, məndə olan məlumata görə, digər hüquq-mühafizə orqanları - həm prokurorluq, həm təhlükəsizlik xidməti və həm də ədliyyə orqanlarının əməkdaşları həmin bir neçə gün ərzində fövqəladə hallar rejiminə uyğun fəaliyyət göstəriblər. Belə yaxşı işləri də qeyd etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur”.