adalet.az header logo
  • Bakı 21°C
06 Iyul 2018 16:39
10322
SİYASƏT
A- A+

Lavrov İranın xarici işlər naziri ilə müzakirə apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada görüşüb.

Adalet.az-ın məlumatına görə, görüş zamanı müzakirə olunan əsas mövzular İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planının icrasının davam etdirilməsi və Suriya məsələləri olub.

Qeyd olunur ki, müzakirənin diqqət mərkəzində ABŞ-ın nüvə sazişini tərk etməsindən sonra bu sənədin icrasının davamı yer alıb.

Bu gün həmçinin sazişə üzvü olan digər ölkələrin nazirlərinin görüşü planlaşdırılır.