adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyul 2018 16:48
10311
İDMAN
A- A+

Azərbaycana gəlmədi, Fransa klubuna keçdi

Qvineya millisinin üzvü Seku Konde Azərbaycandan təklif alıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda futbolçu özü məlumat verib. Bu gün Fransa 2-ci liqa təmsilçilərindən "Şatoru” ilə müqavilə bağlayan 25 yaşlı oyunçu bu komandanı seçməsinin səbəbini açıqlayıb:

"Rusiya, Türkiyə, Qazaxıstan, Azərbaycan və Belçikadan ümumilikdə 10-a yaxın təklif almışdım. Qərar vermək üçün bir qədər fikirləşdim. Fransada oynayan dostlarımla məsləhətləşdikdən sonra "Şatoru” ilə müqavilə bağlamağa qərar verdim”.

Qeyd edək ki, Konde 2015-ci ildən Qvineya yığmasına çağırılır.