ANA SƏHİFƏ / ŞOU-BİZNES

Beren Saat ona edilən təcavüzdən danışdı

2487    |   2018-07-06 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransız qəzeti "Le Fiqaro”ya danışan aktrisa Beren Saat feminizm və cinsi istismar kimi mövzulardakı fikirlərini açıqlayıb.

"Uşaqları olan dostlarıma deyirəm. Əgər ölkənizin rahatlığı naminə töhfə vermək istəyirsinizsə, onları feminist ruhda yetişdirin. Feminizmdən qorxmayın.”

Beren Saat, Hollivud prodüseri Xarvi Vaynşteynin təcavüz qalmaqallarının ortaya çıxmasının ardından başlayan #metoo hərəkəti ilə bağlı suala cavab verərək fikirlərini belə açıqladı:

"O qadınların həmrəyliyinə heyranam. Bir neçə il əvvəl psixologiya tələbəsi Özgecan Aslanın ölümü ilə bənzər bir hərəkət Türkiyədə də başlandı. Misli görünməmiş bu vəhşilikdən sonra həmin gənc qız haqqında yazmağa və aksiyalara qoşulmağa qərar verdim. Daha sonra yavaş-yavaş öz təcrübələrimdən sosial mediada da bəhs etməyə başladım. Bir TV rəhbərinin mənə qarşı təcavüz etməsi və ya çəkiliş meydançasında mənimlə əylənmək istəyən aktyorların etdikləri manevrlər barədəki etiraflarımdan sonra bir çox qadının dilinin açılmasının, "mən də çarəsizəm” dediklərinin fərqinə vardım. Dünyadakı qadınların bu cür hərəkətlərə qoşulması və birlikdə olmaları məni şərəfləndirir. Qadınların bir araya gəlməsi, bütün bu müqavimətin birlikdə layihələrə rəhbərlik etməsi ilə bərabərliyi tapacağımızı da ümid edirəm”.

Feminizm kimi sonu "izm”lə bitən bəzi sözlərdən qorxduğunu vurğulayan aktrisanın fikirləri sosial şəbəkələrdə mübahisələrə səbəb olub.




İmza:

"İkinci dəfə ailə qurmaq istəyirəm" - Könül

Təranə Səmədova məhkəmə qarşısında: insan alverində günahlandırılır

Xalq artisti evindən oğurlanan pul və qızılların məbləğini açıqladı

"Sənətə necə gəldiyinizi..." - Xatirə ilə əkizlər arasında qalmaqal

“Anne” serialından şikayətçidir: “Övladımı icazəsiz çəkiblər…”

Elzadan ADO-ya dəstək

"Müğənnilər toylarda dilənirlər" - Vasif Məhərrəmli

"Allah heç kəsə qardaş dağı göstərməsin" - Nisə Qasımova

"İlhamə Quliyevanın qohumları 4 minimi vermir" - Əməkdar artist

"Başqasının ərinə "padxod" edib, küçə iti kimi atılan qadın..." - Aytən

Türk məşhurun yaxtası qayalığa çırpıldı

Murad Arif : "Gündəmə gələcəyim adamları özüm seçirəm" - AÇIQLAMA

SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK