ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimatı olub

2293    |   2018-07-06 14:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 6-da Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirən rektor deyib: "Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq. Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin əməkdaşlarının birgə əməyinin məhsulu olan bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.

Bildirilib ki, ilk dəfə oxuculara təqdim edilən "Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, ölkəmizdə tərcümə tarixinin mühüm məqamları, nəzəri-təcrübi məsələləri əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir, elmi işlər üçün son dərəcə ciddi, həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət sərəncamlarının, sənədlərin, "Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir. Vurğulanıb ki, bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Kitabın elmi və tədris baxımından əhəmiyyətindən danışan İ.Həbibbəyli qeyd edib ki, bu əsər həm də Azərbaycan ensiklopediya yaradıcılığında yenilikdir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. Rəyçilər filologiya elmləri doktorları, professorlar Cəlil Nağıyev, Aydın Ələkbərov və Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.




İmza:

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

"BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

600-dən yüksək bal toplayanlara UNEC-də inanılmaz fürsət

SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK