adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Iyul 2018 15:12
8832
SAĞLAMLIQ
A- A+

İnsultun qarşısını alan ən əlçatan vasitə

İldən ilə bütün dünyada insult və infarktdan ölən insanların sayı artır.

Həmçinin mütəxəssislər bu pozulmaların xeyli cavanlaşdığını da qeyd edir.

Sağlamolun.az xəbər verir ki, Ohayo Universiteti (ABŞ) alimləri insultun riskini azaldan çox sadə və əlçatan vasitə aşkar edib. Onların müşahidələrinə görə, gün şüaları ürək-damar sistemini möhkəmləndirir, mümkün olan pozulmalardan qoruyur, insult və infarktın riskini azaldır.

Araşdırma göstərib ki, gün ərzində yalnız 15 dəqiqə ərzində çöldə günün altında olmaq ürək-damar sisteminin vəziyyətini xeyli yaxşılaşdırır.

Alimlərin fikrinə görə, orqanizmdə gün şüaları təsirindən sintez olunan D vitamininin çatışmazlığı damarların daxili qatını əmələ gətirən hüceyrələrin zədələnməsinə səbəb olur ki, nəticədə bu ürək-damar sistemində müxtəlif xəstəliklərin inkişafına səbəb olur.

Həmçinin D vitamini orqanizmdə azot oksidinin lazim olan səviyyədə saxlanılmasına kömək edir. Azot oksidinin defisiti insultun inkişafına səbəb ola bilər.

Beləliklə, alimlərin fikrinə görə orqanizmdə təbii olaraq əmələ gələn D vitamini ürək və damarların bərpası üçün ən əlçatan vasitədir.

Bundan əvvəl Yaponiya alimləri tərəfindən aparılmış araşdırmalar göstərib ki, isti vanna qəbul etmək də insultun qarşısın almağa kömək edir.