adalet.az header logo
  • Bakı 20°C
06 Iyul 2018 14:56
16754
MƏDƏNİYYƏT
A- A+

Məşhur rejissor vəfat etdi

Məşhur fransız sənədli filmlər rejissoru Klod Lansman vəfat edib.

Adalet.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə o, 92 yaşında idi.

Lansmanın ən məşhur filmi "Şoa” adlanır. Doqquz saatlıq sənədli film faşist ölüm düşərgələrindən bəhs edir. O, bu iş üzərində 1974-1985-ci illərdə çalışıb.

Rus yəhudi emiqrantının oğlu olan Lansman 1925-ci ildə doğulub. Müharibədən sonra Sorbonnada təhsil alıb. 1952-ci ildə Simona de Bovuar ilə tanış olub, daha sonra aralarında sevgi münasibətləri yaranıb.