Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | "6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq" - Təhsil Nazirliyi Adalet.az | "6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq" - Təhsil Nazirliyi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

"6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq" - Təhsil Nazirliyi

4935    |   2018-07-06 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Təhsil haqqında" qanuna edilmiş dəyişiklik hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların I sinfə qəbul edilməsi ilə bağlıdır”.

Adalet.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

"Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı kütləvi şəkildə I sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu baş verəcək. "Təhsil haqqında” qanununa edilmiş dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar”, - F.Qədirov bildirib.

O qeyd edib ki, "Təhsil haqqında” qanuna 60-dan çox dəyişiklik olunub, qanuna 2 yeni maddə əlavə edilib.

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların I sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı taman olan zaman aparılıb. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların I sinfə qəbulu müsabiqə yolu ilə aparılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 12 iyun tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.



İmza:
SON XƏBƏRLƏR
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
- Niyə gecikdin?
- Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən...
- Nə?
- Yazılmışdı ki, qabaqda məktəb var, yavaş gedin.




digər lətifələr
ARXİV
FACEBOOK