Faiq QİSMƏTOĞLU: BİR ADAMIN BURNU QANAMADAN…

FAİQ QİSMƏTOĞLU
46600 | 2018-07-06 14:12

…Çox ağır gün idi. Və o gün getsin bir də geri dönməsin. Dönsə bəlkə də işimiz yenəağır olar, ölkəmiz, məmləkətimiz zülmətə bürünər…İyulun 3-də Mingəçevirdə Elektrik Stansiyasında baş verənqəzadan sonra ölkəmizin demək olar ki, enerji sistemi çökdü… Bu çökmə heç də elə-beləötüşmədi... Onun dalğası, qasırğası bütün ölkəni bürüdü və iflic vəziyyətinə saldı…

Təbiiki, ölkə prezidenti yanında keçirilmiş müşavirədə bu məsələlərə bir daha aydınlıqgətirildi və problemin araşdırılmasına cənab prezident tərəfindən göstəriş verildi.Və yaradılmış komissiya aydındır ki, bu məsələni araşdıracaq, səhlankarlıq və məsuliyyətsizlikgöstərən vəzifəli şəxslər heç də yaxalanırı kənara çəkə bilməyəcəklər. Bunlarlabizim işimiz yoxdur. Onların cəzalandırılması dövlət başçısının səlahiyyəti daxilindədir.

… Biz o məsələlərinüstünə işıq salmaq istəyirik ki, iyulun 3-də Bakı şəhərində hansı vahiməli, qorxuluanlar yaşanıb. Və bu vahiməli, qorxulu anlar ən çox da metropolitendən istifadəedən insanların başına gəlib. O anları, o dəqiqələri o insanlar və bu məqamlarıyaşayan adamlar daha çox duyublar, biliblər.Sözün açığı, metroda uzun illər bundan əvvəl terror aktı olandan sonra çoxları qatarlarasəksəkəylə minir. Hətta mənim özüm də qatarlaraminəndə digər nəqliyyat vasitəsindən daha çox həyəcanlı anlar, sıxıntılar yaşayıram.

Ki, bir neçə dəfədə metro qatarı texniki nasazlıq üzündən tuneldə qalıb. Və həmin an da qaranlıqçöküb, qadınların, uşaqların çığırtısı, vahiməli səsi eşidilib. Bir neçə dəqiqədənsonra işıqlar yanıb və insanlar özlərinə gəliblər. Hətta bir dəfə metro qatarınınsürücüsü qəfil əyləci basanda qatarda möhkəm silkələnmə baş verdi. Yaşlı qadın necəqışqırdısa, ətrafdakılar əyləc səsindən çoxbu səsdən qorxdular. Qorxu keçirən qadını sakitləşdirdilər…

İndi görün iyulun3-də axşam saatlarında metronun stansiyalarında və qatarlarda tunellərdə qalan qoca,xəstə, uşaq və eləcə də digər insanlar hansı vahiməli anları yaşamağa məcbur olub.Özü də bu an dəqiqələrlə deyil, saatlarla ölçülür. Hər tərəf qaranlıq, vahiməlisəslər, çığırtılar və bağırtılar…

Belə anlarda çoxinsanlar özlərini itirir və necə hərəkət etməklərini belə unudurlar. Yəni həyəcanlıdəqiqələrdə vahiməyə düşən insanlar çıxış yolu tapmaqda çətinlik çəkirlər. Mənimbir qonşum da işıqlar sönən vaxt metro qatarında tuneldə qalıb. Deyir ki, hamı başınıitirmişdi. İşıq yox, hər tərəfə qaranlıq çöküb.Bir müddət bilmədik nə edək. Qatarın sürücüsü də bizi sakitləşdirmək istəyirdi.Ancaq qaranlıqdan vahimələnən insanlar get-gedə daha da ağır vəziyyətə düşürdülər.Yarım saatdan sonra bizə polislər və Fövqəladə Hallar Nazirliyinin xüsusi təlimgörmüş və peşəkar əməkdaşları kömək göstərdilər. Onların yardımıyla biz qatardandüşüb tunellə stansiyaya doğru hərəkət etdik. Yaxşı yadımdadı, orta yaşlı qadınyeriyə bilmirdi. Onu polis nəfəri çiyninə aldı, düz stansiyaya qədər apardı. Ordabizim hamımıza yardım göstərildi – həm polislər tərəfindən, həm də Fövqəladə HallarNazirliyinin əməkdaşları tərəfindən. Həkimlər də vardı. Bir onu bilirəm ki, bizixilas edən və ölümdən qurtaran Azərbaycan polisinə və eləcə də Fövqəladə HallarNazirliyinin əməkdaşlarına ömrümüz boyu borcluyuq. Əgər onlar vaxtında köməyə çatmasaydı,nə qədər adamın həyəcandan, qorxudan ürəyi partlaya bilərdi. Amma bizim yanımızdaxilas olmuş insanlardan bir nəfərin də burnu qanamamışdı.

Azərbaycan polisisözün həqiqi mənasında bu millətin, bu xalqın ən ağır, ən çətin günündə onun yanındaolub. Hətta özlərini ölümün pəncəsinə ataraq çətin vəziyyətdə olan insanları xilasedib. İyulun 3-də də Azərbaycan polisi xüsusən də metropoliten polisi əsl şücaət,igidlik və qəhrəmanlıq göstərib. Onlar Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıilə birlikdə metropolitenin müxtəlif stansiyalarında və tunellərində qalmış 30 mindənçox sərnişinin həyatını xilas ediblər. Qısa zaman kəsiyində bu təxliyyənin həyatakeçirilməsi elə də asan iş deyil. Amma həriki qurumun əməkdaşlarının peşəkarlığı, igidliyi nəticəsində 30 mindən çox insanağır andan və durumdan xilas edilərək təhlükəsizlikləri təmin edilib. Bu işi görənhər bir polis əməkdaşı və eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı sözünhəqiqi mənasında o 30 min insanın və onun qohum-əqrəbasının çox böyük məhəbbətini,sevgisini, hörmətini qazanıb. Eşq olsun bu cür oğullara! Və bu cür oğulları Allahqorusun!

Mən, metropolitenpolisi haqqında bu yazıda xüsusilə söhbət açmaq istəyirəm. Çünki onlar öz peşə vəzifələrinihəmişə yüksək ustalıqla yerinə yetiriblər. Sutkanın 24 saatını metroda işləyərkənayıq-sayıq olurlar və gözlərindən heç bir şey yayınmır. Üstəlik də cibgirlərə qarşıson vaxtlar mübarizə daha da gücləndirilib. Kameralar vasitəsilə aşkar olunan buoğurluqların üstü isti izlərlə açılır. Bununla yanaşı, metropoliten polisi xalqın,cəmiyyətin və metrodan istifadə edən sərnişinlərin böyük hörmətini qazanıb. Beləki, hər hansı stansiyada, lap metro qatarının özündə sərnişinlərin səhhəti pisləşəndə birinci onlar özlərini çatdırır, lazımi köməklikgöstərirlər. Bunun mən dəfələrlə metronun «Xalqlar dostluğu», «Neftçilər», «28 May»və «Elmlər Akademiyası» stansiyasında şahidi olmuşam. Şahidi olmuşam ki, polis nəfərləriağır vəziyyətdə olan xəstəni xilas etmək üçünhəkimlər gələnə qədər əldən-ayaqdan gediblər, dərman tapıblar, su gətiriblərvə xəstəni çətin vəziyyətdən xilas ediblər. Bir növü onlar həm də həkimlik ediblər.

Metropoliten polisinimənə sevdirən bir cəhət də ondan ibarətdirki, onlar sərnişinlərlə çox mədəni, nəzakətli və səmimi davranırlar. Təbii ki, buda elə-belə deyildir. Çünki daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovdəfələrlə kollegiya iclaslarında, yığıncaqlardapolisə tapşırıq verib ki, insanlarla, vətəndaşlarla mədəni davransınlar və onlarlasıx ünsiyyət yaratsınlar. Azərbaycan polisi də cənab nazirin bu tapşırığını çoxyüksək səviyyədə yerinə yetirir, ən çətin, ən ağır anda xalqın, millətin yanındaolurlar.

Azərbaycan prezidentinəbir daha sadiqliyini həm Daxili İşlər Nazirliyi,həm də Fövqəladə Hallar Nazirliyi öz əməlləriylə göstərdilər. Cənab nazir RamilUsubov da, cənab nazir Kəmaləddin Heydərov da dövlətə və dövlətçiliyə necə sədaqtəliolmağı bir daha əməlləriylə, prezidentə, xalqa sevgiləriylə təsdiq etdilər. Onlarbir daha sübut etdilər ki, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin və Azərbaycan xalqının ən ağır, ən çətin günündəonların yanındadı, təhlükəsizlik məqsədilə bütün tədbirlər vaxtında və operativyerinə yetiriləcək. Və Azərbaycan xalqı da bu gün öz prezidentinə və bu cür sadiqnazirlərinə güvənirlər. Azərbaycan xalqı güvənir ki, onun müdrik prezidenti varvə dövlətə, dövlətçiliyə xidmət edən belə də naziri var.

Bu xalq, bu millətçox ağır anlar, günlər yaşayıb. Xalq görəndə ki, onun ağır, çətin günündə dövlətonun yanındadı, onu xilas etmək istəyir, bax, onda bu xalqın, bu millətin ölkəninprezidentinə və dövlətinə məhəbbəti birə beş artır. Çünki bu qəza zamanı 30 mindənçox sərnişinin xilas edilməsi bir daha göstərdi ki, elə Allah-Təala da bu xalqı,bu milləti çox istəyirmiş.

Yoxsa Allah-Təalanınköməyi üstümüzdə olmasaydı, metropolitendəki qəza zamanı bu qədər insan xilas edilməzdi.Zarafat deyil ey, 30 min adamdan birinin burnu qanamadı. Buna görə insanlar Allaha,ölkə prezidentinə, nazirlər - Ramil Usubova, Kəmaləddin Heydərova minnətdardılar.Allah xalqını sevən bu cür böyük şəxsiyyətləri hifz eləsin!..


TƏQVİM / ARXİV