adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2018 16:54
9923
ƏDƏBİYYAT
A- A+

Tolstoyun əlyazmalar muzeyi açıla bilər

Moskvada Lev Tolstoyun əlyazmalarından ibarət muzey açıla bilər.

Adalet.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə bu təkliflə yazıçının ev muzeyinin direktor köməkçisi Fekla Tolstaya çıxış edib.

O, bildirib ki, muzeydə 50 kvadrat metrlik otaqda yazıçının iki milyon əlyazma vərəqi qorunur. Onun sözlərinə görə dünyanın heç bir yerində bu qədər genişmiqyaslı eksponatlar yoxdu. Buna görə də yazıçının əlyazmalarından ibarət ayrıca muzey açılmasını təklif edib.

Fekla Tolstaya Lev Tolstoyun iki yüz illik yubilyeyinin keçirilməsi çərçivəsində görüləcək işlərdən biri kimi belə bir muzeyin yaradılmasının ola biləcəyini də vurğulayıb.