adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2018 13:46
12357
DÜNYA
A- A+

Türkiyədə PKK-ya qarşı əməliyyatı - 22 terrorçu öldürüldü

Türkiyədə ordu qüvvələri PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirib.

Adalet.az-ın məlumatına görə, son sutka ərzində 22 PKK terrorçusu zərərsizləşdirilib.

Baş Qərargahdan verilən məlumata gröə, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatlar Türkiyənin cənub-şərqindəki Mardin, Hakkari və Şırnak vilayətlərində keçirilib.

Qeyd edək ki, ötən gün Avaşin və Baysan rayonlarında keçirilən əməliyyatlar çərçivəsində 11 PKK terrorçusu məhv edilmişdi.