ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM-ın tələbələri “ClimateLaunchpad Azerbaijan 2018”in qalibi olublar

1851    |   2018-07-06 10:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük "cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan "ClimateLaunchpad"ın "ClimateLaunchpad Azerbaijan 2018” ölkə finalının qalibi olublar.

Ali Məktəbdən Adalet.az-a verilən məlumata görə, "Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr – Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Alexandr Oborovsky və onların elmi rəhbərləri Əmir Reza Vəxşuri özlərinin "ThermoNorth” (Maşın mühərrikini optimal temperaturda saxlayan faza dəyişən maddəsi (PCM)) layihəsi ilə qatılıblar.

"ClimateLaunchpad” proqramı ümumi 4 mərhələdən ibarətdir: Kamp, İntensiv ölkədaxili akselerasiya proqramı, Ölkə finalı və Dünya finalı. Proqramda istənilən cleantech layihəsi və ya ideyası – mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternativ enerji mənbəsi və s. ola bilər.

İlkin mərhələdə proqrama Azərbaycan üzrə müxtəlif universitetlərdən və şirkətlərdən 83 startup layihəsi qatılıb. İlkin mərhələdən seçildikdən sonra, ikinci mərhələdə komandalara 10 həftə ərzində intensiv təlim sessiyaları təşkil olunub. Ölkə üzrə finala isə 13 komanda vəsiqə qazanıb. Münsiflər heyəti və auditoriya birinci yerin qalibi olaraq "ThermoNorth” layihəsinə səs veriblər. BANM-ın tələbələrinin işləyib hazırladıqları bu layihə Norveç, İsveç və Kanada kimi ölkələrdə soyuq hava şəraitində maşın mühərriklərini optimal temperaturda saxlamaq üçün yeni materialın əldə edilməsini həyata keçirməyi nəzərdə tutub.

BANM-ın tələbələri 1 və 2 noyabr tarixlərində Azərbaycanı Şotlandiyada "ClimateLaunchpad”ın Dünya finalında təmsil edəcəklər. Dünya finalında ilk 10-luğa keçən hər bir startup layihəsi 95 min avro investisiya alaraq 18 aylıq akselerasiya proqramına qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycanda "ClimateLaunchpad”ın rəsmi tərəfdaşı "Social İnnovation Lab” mərkəzidir.

İmza:

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

600-dən yüksək bal toplayanlara UNEC-də inanılmaz fürsət

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16

VİDEO

ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.

digər lətifələr
ARXİV
FACEBOOK