ANA SƏHİFƏ / SİYASƏT

Deputat: Energetika sahəsində ciddi yoxlamaların aparılmasına ehtiyac var

4692    |   2018-07-06 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac var.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə söylədiyi fikirlərə münasibət bildərərkən deyib.

Onun sözlərin görə, Prezidentin Sərəncamı ilə qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:

"Komissiya bu işlərlə məşğul olacaq və bütün səbəbləri üzə çıxaracaq. Ona görə də komissiyanın son qərarını gözləyək”.

R.Quliyev əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi "Azərenerji”yə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi nöqsanların olması barədə dəfələrlə məktub yazsa da, "Azərenerji” həmin məktubda yazılanları öz fəaliyyətində nəzərə almayıb:

"Bu, böyük faciəvi problemdir. Dövlətin böyük strukturu olan Fövqəladə Hallar Nazirliyi müraciət edir, amma onun müraciətini başqa dövlət qurumu qəbul etmir. Yaxud da qəbul edir, amma fəaliyyətində nəzərə almır. Məncə, bu saymamazlıqdır. Çünki bütün ölkələrdə Fövqəladə Hallar Nazirliyi xüsusi bir dövlət qurumudur. Onun adi bir məktubu əmrə bərabər olan bir sənəddir”.

Deputat qeyd edib ki, ölkə Prezidenti qəzanın baş verməsində günahı olan bütün şəxslərin cəzalanağını da söyləyib:

"Günahkarların cəzalanacağı birmənalıdır. Onlara qarşı cəza tədbiri görülməlidir ki, gələcəkdə belə hal bir daha təkrarlanmasın”.

Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.




İmza:

Oqtay Əsədov: “Biz bir məqsədə qulluq edirik”

Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa...”

Milli Məclis bu gün xüsusi iclasa toplanır

Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun üzvlərinin görüşü olub

Azərbaycan Prezidenti NATO baş katibinin müavinini qəbul edib - YENİLƏNİB

Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi

Rəsmi Bakıdan Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ

Hadi Rəcəbli litvalı deputatla nələrdən danışdı?

Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir

Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır

Əcnəbi spikerlər Milli Məclisin xüsusi iclasına gəldilər

Merkel baş kəşfiyyatçını işdən qovdu - Qalmaqal

SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK