adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Iyul 2018 10:40
5090
MƏMLƏKƏT
A- A+

Bakıda 73 yaşlı kişi marşrutda öldü

Bakıda marşrut avtobusunda ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Sabunçu rayonunun Bakıxanov qəsəbə sakini, 1945-ci il təvəllüdlü Babayev İsmayıl Bayram oğlu Bakı Nəqliyyat Agentliyinə məxsus 183 saylı avtobusda olarkən qəfil halı pisləşib.

Sərnişin hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, İ.Babayev ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.